Salyanda ata ilə oğul ana və 3 qızını öldürərək həyətdə basdırıblar - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Salyanda ata ilə oğul ana və 3 qızını öldürərək həyətdə basdırıblar - YENİLƏNİB

10:50 - 07 / 12 / 2017
Salyanda ata ilə oğul ana və 3 qızını öldürərək həyətdə basdırıblar - YENİLƏNİB

Salyanda itkin düşən ana və 3 qızın öldürüldüyü məlum olub.

1news.az  APA-ya istinadla xəbər verir ki, 3 il əvvəl itkin düşən Əliyeva Mehparə və qızları - Rəqibə, Sevda, İradənin meyiti tapılıb. Onları M. Əliyevanın əri, 1954-cü il təvəllüdlü Fərhad Əliyevin öldürdüyü, yaşadıqları evin həyətində basdırdığı müəyyənləşib. Bu işdə F. Əliyevə onun oğlu, 1989-cu il təvəllüdlü Fəqan Əliyevin kömək etdiyi bildirilir.

Aparılan istintaq tədbirləri nəticəsində cinayətin üstü açılıb. Ata və oğlu saxlanılıb.

Faktla bağlı Salyan Prokurorluğunda araşdırma aparılır.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib. Hazırda insan bədəninin hissələrinin basdırılmış yerdən çıxarılma prosesləri aparılır.

Dərhal fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulublar.

Hazırda iş üzrə daxili işlər orqanları ilə əlaqəli şəkildə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1news.az

Paylaş:
1069

Son xəbərlər

Bütün xəbərlər