Bakı AVRO-2020-nin qrup oyunlarını Roma ilə birgə qəbul edəcək | 1news.az | Xəbərlər
Futbol

Bakı AVRO-2020-nin qrup oyunlarını Roma ilə birgə qəbul edəcək

23:37 - 07 / 12 / 2017
Bakı AVRO-2020-nin qrup oyunlarını Roma ilə birgə qəbul edəcək

AÇ-2020-yə ev sahibliyi edən şəhərlərdən biri bu hüquqdan məhrum olub.

1news.az Apasport.az-a istinadən xəbər verir ki, bu haqda UEFA-nın İsveçrənin Nyon şəhərində keçirilmiş İcraiyyə Komitəsi iclasında qərar verilib.

Çempionatın 60 illiyi münasibətilə Avropanın 13 müxtəlif şəhərində keçirilməsi planlaşdırılan yarışı keçirəcək şəhərlərin sırasından Brüssel çıxarılıb. Buna səbəb şəhərdəki stadion tikintisinin geçikməsi olub.

Bu səbəbdən də Brüsseldə keçirilməsi planlaşdırılan 3 qrup və bir 1/8 final matçının keçirilməsi Londona həvalə olunub.

Beləliklə, İngiltərə paytaxtı yarımfinal və final oyunları da daxil olmaqla 7 qarşılaşmaya ev sahibliyi edəcək.

Bundan başqa sözügedən iclasda turnirin açılış matçının İtaliyanın paytaxtı Romada keçirilməsinə də qərar verilib.

Mötəbər yarışın 3 qrup və bir 1/8 final matçı da ölkəmizin paytaxtı Bakıda keçiriləcək.

AÇ-2020-nin qrup oyunları aşağıdakı şəhərlərdə oynanılacaq.

A qrupu: Roma, İtaliya və Bakı, Azərbaycan

B qrupu: Amsterdam, Hollandiya və Budapeşt, Macarıstan

C qrupu: Sankt-Peterburq, Rusiya və Kopenhagen, Danimarka

D qrupu: London, İngiltərə və Qlazqo, Şotlandiya

E qrupu: Bilbao, İspaniya və Dublin, İrlandiya

F qrupu: Münhen, Almaniya və Buxarest, Rumıniya

Qeyd edək ki, final mərhələsi 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək.

1news.az

Paylaş:
714

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər