Bakıda çiskinli yağış yağacaq, rayonlarda duman olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda çiskinli yağış yağacaq, rayonlarda duman olacaq

13:10 - 08 / 12 / 2017
Bakıda çiskinli yağış yağacaq, rayonlarda duman olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabr ayının 9-na olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi  əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 8-10, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan 770 mm civə sütunu, nisbi rütubət gecə 75-85,  gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoza görə, dekabrın 11-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Babək Cahandarov

Paylaş:
323

Son xəbərlər

Bütün xəbərlər