Axtarışda olan 32 nəfər tutularaq aidiyyəti üzrə təhvil verilib
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 88 cinayət faktından 10-nun üstü “isti izlər”lə açılıb.
1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, axtarışda olan 32 nəfər tutularaq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli dörd, qanunsuz saxlanılan silah-sursatla bağlı bir fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.
S.Xankişiyeva
593