FHN əməkdaşları intihara cəhd edən şəxsi xilas edib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN əməkdaşları intihara cəhd edən şəxsi xilas edib

17:21 - 10 / 12 / 2017
FHN əməkdaşları intihara cəhd edən şəxsi xilas edib

Bakıda intihara cəhd hadisəsi baş verib.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, Bakı şəhərinin, Binəqədi rayonunda 1 nəfər intihar məqsədilə altımərtəbəli yaşayış binasının damına çıxmışdır.

Hadisə yerinə gəlmiş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşla söhbətlər aparmış və onu intihar etmək fikrindən daşındırmışlar. Əməliyyat başa çatmışdır.

S.Xankişiyeva

 

Paylaş:
916

Son xəbərlər

Bütün xəbərlər