MFL-in 6-cı turu: Bombardirlər arasında gərgin mübarizə davam edir – FOTO – VİDEO  | 1news.az | Xəbərlər
Futbol

MFL-in 6-cı turu: Bombardirlər arasında gərgin mübarizə davam edir – FOTO – VİDEO 

16:30 - 11 / 12 / 2017
MFL-in 6-cı turu: Bombardirlər arasında gərgin mübarizə davam edir – FOTO – VİDEO 

Azərbaycanda həvəskarlar arasında ilk mini futbol liqasının (MFL) VI turu sona çatıb.

Turun ən yaddaqalan görüşü “Galaxy” və “Ümid Masallı” arasında baş tutub.

“Ümid Masallı”dan Mehdixanla İKAU-dan olan Elvinin apardıqları qızğın mübarizə daha da gərginləşməyə başlayıb. Hər iki futbolçu ümumilikdə 37 qol vurub. Bəs onlar arasında liderlik kimə məxsusdur? Bu haqda MFL-lə bağlı həftəlik xülasəmizdən tanış ola biləcəksiniz:

İlk olaraq A Konferensiyasından başlayaq – aşağıdakı cədvəldə oyunların nəticələri ilə tanış ola bilərsiniz:

Konferensiyada ən yaxşı məhsuldar ötürmə üzrə İKAU-dan olan Samirin tayı-bərabəri yoxdur, o çempionatın liderlərindən biridir.

Ən yaxşı bombardirlər siyahısına həmişəki kimi İKAU-dan Elvin rəhbərlik edir.

A Konferensiyasında 6-cı turun lideri birmənalı olaraq “Madridista” komandasıdır.

A Konferensiyasında budəfəki fotoçələng hədəfi İKAU komandasından Rafael İsmayılovdur.

A Konferensiyasındakı aparıcı turların və maraqlı məqamlarla bağlı video-süjetə buradan baxa bilərsiniz:

B Konferensiyasında 6-cı tur bu cür nəticələndi:

Konferensiyda ən yaxşı məhsuldar ötürmənin sahibi həmişəki kimi “Sabunçu” komandasının oyunçusu Mehdi Əzimzadəyə məxsusdur.

Ən yaxşı bombardirlər siyahısına isə “Ümid Masallı”dan olan Mehdixan rəhbərlik edir.

B Konferensiyasının lideri aktivində 18 xal olan “Poseidon” komandasına məxsusdur.

B Konferensiyasındakı aparıcı turların və maraqlı məqamlarla bağlı video-süjetə buradan baxa bilərsiniz:

Altı tur ərzində ən az qol buraxan, haqlı olaraq “Çin səddi” adını qazanmış “Madridista” komandasına məxsusdur.

“Galaxy” komandasının oyunçusu Əsgər Əlişanov MFL-də “həftənin oyunçusu” adına layiq görülüb. “Koroğlu” ləqəbli Əlişanov “Ümid Masallı” ilə oyun zamanı rəqibini qapısına 4 qol vurub. Bununla da komandasına 6:1 hesabını gətirib.

“Xəzər FK”-dan olan Zamiq fotoçələngin digər obyekti olub.

Ən yaxşı bombardirlər siyahısına “Ümid Masallı”-dan Mehdixanla, İKAU-dan Elvin arasında mübarizə davam edir.

6-cı turda öz komandasına xal qazandıran futbolçulardan ibarət simvolik yığma bu cürdür:

Məlum olduğu kimi, mövsümün sonunda hər iki liqadan olan ilk 10 komanda pley-off mərhələsinə yüksəlmək üçün bir-birilə yarışacaq. Hazırda isə ilk 20 komandanın sıralanması bu cürdür:

Bu gün dekabrın 11-də A Konferensiyasında bu oyunlar təşkil ediləcək:

Dekabrın 14-də isə B Konferensiyasında meydanlarda bu komandalar yarışacaq:

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1131

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər