Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar iməcilik keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar iməcilik keçiriləcək

19:54 - 11 / 12 / 2017
Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar iməcilik keçiriləcək

Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən dekabrın 14-də Türkan-Qala yolunun ətrafında ictimaiyyət və ekoloji qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə iməcilik keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, “Akademik Həsən Əliyevin 110 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2017-ci il tarixli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Tədbirlər Planı”na əsasən görkəmli alimin adına həsr olunmuş müsabiqə, ali və orta təhsil müəssisələrində isə “Akademik Həsən Əliyev və ətraf mühitin mühafizəsi” adlı seminar-məşğələlər keçirilir. Keçirilən tədbirlər çərçivəsində ətraf mühitin, təbii sərvətlərin, biomüxtəlifliyin mühafizəsi və qorunub saxlanılması sahələrində çalışan şəxslərin mükafatlandırılması nəzərdə tutulub.

Xatırladaq ki, görkəmli torpaqşünas alim, ictimai-siyasi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, əməkdar elm xadiminin respublikamızın təbiətinin və ətraf mühitin mühafızəsi sahəsində xidmətləri əvəzsizdir.

1news.az

Paylaş:
672

Son xəbərlər

Bütün xəbərlər