“Qarabağ” və “Qəbələ” qalib gəldi - VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ” və “Qəbələ” qalib gəldi - VİDEO

21:22 - 11 / 12 / 2017
“Qarabağ” və “Qəbələ” qalib gəldi - VİDEO

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

1news.az-ın məlumatına görə, bu gün daha iki görüş keçirilib.

Kubokun son finalçısı “Qəbələ” evdə “Səbail”i qəbul edib. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Günün digər matçında isə son üç mövsümdə kubokun qalibi olan “Qarabağ” “Sumqayıt”ı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu mərhələnin cavab oyunları dekabrın 14-15-də olacaq.

Azərbaycan kuboku

1/4 final mərhələsi, ilk oyunlar

11 dekabr (bazar ertəsi) 

“Qarabağ” – “Sumqayıt” - 2:1

Qırmızı vərəqə: Fərhad Vəliyev, 88 ("Sumqayıt")

Qollar: Riçard Almeyda, 58, Pedro Enrike, 86 - Rəşad Eyyubov, 24

“Qəbələ” – “Səbail” - 1:0

Qol: Stiven Monroz, 59

1news.az

Paylaş:
748

Son xəbərlər

Bütün xəbərlər