Bakıda 3 saylı marşrut xəttinin hərəkətində dəyişiklik edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 3 saylı marşrut xəttinin hərəkətində dəyişiklik edilib

10:31 - 11 / 12 / 2017
Bakıda 3 saylı marşrut xəttinin hərəkətində dəyişiklik edilib

Paytaxtda 3 saylı marşrut xəttinin hərəkətində dəyişiklik edilib.

1news.az-a "BakuBus" MMC-dən verilən məlumata görə, bu gün səhər saatlarından etibarən Şövkət Məmmədov küçəsinin bağlanması ilə əlaqədar olaraq, 3 saylı marşrut xəttinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

Belə ki, Atatürk prospekti, Şövkət Məmmədova, Abay Kunanbayev istiqaməti üzrə hərəkət edən avtobuslar artıq Atatürk prospekti, Cəfər Xəndan, İbrahimpaşa Dadaşov, Süleyman Sani Axundov küçələri ilə hərəkətlərini davam etdirir. Avtobuslar əks istiqamətdə də həmin hərəkət trayektoriyasını izləyir.

S.Xankişiyeva

 

Paylaş:
687

Son xəbərlər

Bütün xəbərlər