Azərbaycan şahmatçısı “Australian Young Masters GM Norm” turnirinin qalibi olub | 1news.az | Xəbərlər
İdman

Azərbaycan şahmatçısı “Australian Young Masters GM Norm” turnirinin qalibi olub

18:33 - 12 / 12 / 2017
Azərbaycan şahmatçısı “Australian Young Masters GM Norm” turnirinin qalibi olub

Azərbaycanın beynəlxalq şahmat ustası Kənan İzzət Avstraliyanın Adelaida şəhərində keçirilən “Australian Young Masters GM Norm” turnirində 9 mümkün xaldan 6,5 xal toplayaraq yarışları birinci yerdə başa vurub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, avstraliyalı Bobbi Çen də idmançımızla eyni xal toplayıb, rusiyalı qrossmeyster Vasili Papin liderlərdən yarım xal geridə qalıb.

Beynəlxalq turnirdə Azərbaycan, Avstraliya, Rusiya, Hindistan, Fransa və İndoneziyadan ümumilikdə 10 şahmatçı iştirak edib. Turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olub.

1news.az

Paylaş:
974

Son xəbərlər

Bütün xəbərlər