Koreyada ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Koreyada ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib – FOTO

09:16 - 12 / 12 / 2017
Koreyada ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib – FOTO

Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyində Koreyada müvəqqəti və daimi yaşayan Azərbaycanlıların iştirakı ilə ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümünün anım mərasimi keçirilib.

1news.az-a Səfirlikdən verilən xəbərə görə, ilk öncə mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Heydər Əliyevin həyat yoluna, “Azərbaycançılıq” ideyasına həsr olunmuş qısa film mərasim iştirakçılarına nümayiş etdirilib.

Daha sonra mərasimdə çıxış edən Səfir Rəmzi Teymurov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində önəmli yeri barədə məlumat verib. O, müasir Azərbaycan dövlətinin banisi H.Əliyevin çox çətin bir dövrdə ölkəyə rəhbərlik etdiyini vurğulayaraq, yenicə əldə etdiyimiz müstəqilliyi itirmək təhlükəsilə üzləşdiyimiz dövrdə, xalqın çağırışına biganə qala bilməyən Heydər Əliyevin Naxçıvandan Bakıya gəldiyini və qısa zamanda ölkədə tüğyan edən hərc-mərcliyə, özbaşınalığa, hakimiyyətsizliyə son qoyduğunu, Azərbaycanı bütün sahələrdə inkişaf etdirməklə ölkəmizi bütün dünyaya tanıtdırmağa nail olduğunu bildirib. O, Azərbaycanın uğurlu xarici və daxili siyasətinin məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu və onun qoyduğu mirasın cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini mərasim iştirakçılarının diqqətinə çatdırıb.

Eyni zamanda, tədbirdə iştirak edən Koreyanın Busan Dövlət Universitetinin biologiya elmləri üzrə professoru İsmayıl Zülfüqarov ümummilli lider Heydər Əliyevin uğurlu həyat yolundan, onun Azərbaycan dövlətçiliyinə, mədəniyyətinə, iqtisadiyyatına verdiyi töhfələrdən danışıb.

Tədbirin yekununda mərasim iştirakçılarına söz verilib, onların Heydər Əliyev barədə fikirləri, ürək sözləri dinlənilib.

S.Xankişiyeva

 

Paylaş:
544

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər