“ƏSA” teatrı növbəti tamaşasını təqdim edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

“ƏSA” teatrı növbəti tamaşasını təqdim edəcək

20:38 - 13 / 12 / 2017
“ƏSA” teatrı növbəti tamaşasını təqdim edəcək

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan inklüziv “ƏSA” teatrı növbəti tamaşasını təqdim edəcək.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, teatrsevərlər Amerika yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” əsəri əsasında hazırlanan tamaşanı dekabrın 19-da izləyə biləcəklər. Səhnə əsərində səkkizi fiziki məhdudiyyətli olmaqla doqquz aktyor iştirak edəcək.

ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və bədii rəhbəri Nihad Qulamzadədir.

“ƏSA” teatrının bundan əvvəl hazırladığı səhnə əsərləri çoxlu tamaşaçı tərəfindən maraqla qarşılanıb.

1news.az

Paylaş:
858

Son xəbərlər

Bütün xəbərlər