Vüqar Rəhimzadə: “The Financial Times”ın Azərbaycanla bağlı əsassız iddiaları heç bir reallığa söykənmir | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: “The Financial Times”ın Azərbaycanla bağlı əsassız iddiaları heç bir reallığa söykənmir

21:43 - 21 / 12 / 2017
Vüqar Rəhimzadə: “The Financial Times”ın Azərbaycanla bağlı əsassız iddiaları heç bir reallığa söykənmir

Bu gün Azərbaycanın həyata keçirdiyi mütərəqqi islahatlar, regional və qlobal layihələr, irəli sürdüyü xoşniyyətli təşəbbüslər dünyanın diqqət mərkəzindədir. Bütün bunlar, ölkəmizlə bağlı həqiqətlər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında, tanınmış ekspertlərin rəylərində öz əksini tapır. Təbii ki, ölkəmizin bu uğurlarına sevinənlərlə yanaşı, qısqanclıqla yanaşanlar da var. Bu cür qərəzli qüvvələr hər zaman dezinformasiyalar yaymaqla, qarayaxma kampaniyaları həyata keçirməklə ölkəmizin artan nüfuzuna xələl gətirməyə cəhd edirlər. Ancaq bu kimi “qüvvələr” heç vaxt öz niyyətlərinə çatmayıblar və çatmayacaqlar. Bu mənada “The Financial Times” nəşrinin Azərbaycan ilə bağlı irəli sürdüyü əsassız iddialar böyük təəssüf doğurur və heç bir reallığa söykənmir.

1news.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “The Financial Times” nəşrində Azərbaycan ilə bağlı irəli sürülən bir sıra iddialara münasibət bildirərkən qeyd edib.

V.Rəhimzadə bildirib ki, “The Financial Times” nəşrinin “Avropa Şurası insan haqlarından imtina edir?” başlıqlı məqaləsində qeyd edilən məqamları qətiyyən ciddi qəbul etmək olmaz. O deyib: “Sözsüz ki, məqalədə yer alan fikirlər tamamilə qərəzlidir. Hesab edirəm ki, bu məqalə müəyyən xarici anti-Azərbaycan, erməni və ermənipərəst dairələrin çirkin niyyətlərinin məhsuludur. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da haqlı olaraq qeyd etdiyi kimi, Azərbaycana qarşı təşkil edilən bu cür kampaniyaların səmərəsizliyi sübuta yetirilib və cəmiyyətimizdə istehza ilə qarşılanır. Bu qarayaxmaların müəllifləri və icraçıları bu reallığı nə qədər tez başa düşsələr, bir o qədər də öz nüfuz limitini qoruyub saxlamış olacaqlar.”

Bu gün ölkəmizin sürətli inkişaf dövrünü yaşadığını qeyd edən YAP Siyasi Şurasının üzvü deyib: “Azərbaycan demokratik inkişaf yolu ilə irəliləyir, insan hüquq və azadlıqları ən yüksək səviyyədə təmin edilir. Həyata keçirilən iqtisadi islahatlar ölkəmizin maliyyə imkanlarını daha da genişləndirir. Qlobal layihələr və təşəbbüslər ölkəmizin, eyni zamanda, region dövlətlərinin inkişafına böyük imkanlar açır və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Bu amil Ermənistan və erməni lobbisini, onların xaricdəki havadarlarını ciddi şəkildə narahat edir. Bu qüvvələr Azərbaycanın nüfuzunu ləkələməyə, beynəlxalq ictimaiyyətdə onun haqqında mənfi rəy formalaşdırmağa cəhd göstərirlər. “The Financial Times” kimi nəşrlərin bu dairələrin əlində vasitəyə çevrilməsi ciddi nöqsan, transmilli medianın müstəqilliyinə xələl gətirən haldır”.

“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, “The Financial Times” və bu kimi digər nəşrlər zaman-zaman insan hüquq və azadlıqlarından, mətbuat və fikir azadlığından danışırlar. Ancaq onlar unudurlar ki, mətbuat hər zaman cəmiyyəti qərəzsiz, obyektiv xəbərlə təmin etməlidir. Həmin nəşrlərin bu cür fəaliyyəti dünyada ədalətsizliyin, ikili standartların əyani təzahürü, bir nümunəsi, orada çalışan jurnalistlərin ən azı öz peşələrinə xəyanətidir.

1news.az

Paylaş:
703

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər