“Sərhədçi” komandası çövkən milli atüstü oyunları üzrə “Prezident Kuboku” turnirinin qalibi olub – FOTO
Dekabrın 24-də Binə Atçılıq Mərkəzinin qapalı manejində keçirilən çövkən milli atüstü oyunu üzrə “Prezident Kuboku” turnirinə yekun vurulub.
1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, turnirin sonuncu günündə oyunları Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev izləyiblər.
Bürünc medallar uğrunda “Ağcabədi” və “Ağstafa” komandaları mübarizə aparıb. Oyunda 3:0 hesabı ilə qalib gələn “Ağcabədi” bürünc medala layiq görülüb.
Final qarşılaşmasında isə “Sərhədçi” və “Polad” komandaları qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunda “Sərhədçi” komandası 2:1 hesabı ilə qalib gələrək çempion adını qazanıb.
Qaliblərə kubok, medal və diplomlar təqdim olunub.
S.Xankişiyeva