MFL-in 8-ci turu: bombardirlər arasında mübarizə və MFL All Star-ın Yeni il qabağı sürprizləri – FOTO – VİDEO
Azərbaycanda həvəskarlar arasında ilk mini futbol liqasının (MFL) VIII turu sona çatıb.
Liqada bombardirlərlə “məhsuldar ötürmə sahibləri” arasında gərginlik davam edir. Daha çox bu, A Konferensiyasında hiss olunur.
Həftəlik icmalımızın sonunda MFL azarkeşlərini Yeni il qabağı sürprizlər gözləyir: MFL ALL STAR - Böyük Oyun.
Lakin əvvəlcə A Konferensiyasında keçirilən oyunları xülasə edək:
İndiyə qədər keçirilmiş turlarda məhsuldar ötürmə üzrə lider İKAU komanasından Samirə məxsus idi. Lakin bu dəfə o, liderliyi “Peçat Dönər”dən olan Turxanla bölüşməli oldu.
Konferensiyada bombardirlər siyahısında da gərginlik artmaqdadır. Belə ki, İKAU-dan olan Elvin də “Sirena Motors”dan olan Əlsalamla ilk sıranı bölüşməli olub.
A Konferensiyasının turnir cədvəlində də xırda dəyişiklik edilib. İndi ilk sıralarda “VİP FK” dayanır.
A Konferensiyasındakı aparıcı turların və maraqlı məqamlarla bağlı video-süjetə buradan baxa bilərsiniz:
B Konferensiyasının 8-ci turu bu cür nəticələndi:
Məhsuldar ötürmə üzrə Mehti Əzimzadənin həmişəki kimi tayı-bərabəri yoxdur.
Konferensiyanın ən yaxşı bombardiri həmişəki kimi Mehdixandır.
MFL öz ətrafında çox maraqlı komandaları toplaya bilib. Bunlar arasında ikinci mövsüm oynayan komandalar da var. Bunlardan biri də “Baku Eagles” komandasıdır. Məhz həmin uşaqlarla bağlı MFL və www.1NEWS.az-ın birgə layihəsi olan MFL Stars-da video-süjet hazırlanıb.
B Konferensiyasının turnir cədvəli bu cürdür:
Hazırki mövsümdə MFL-in ən yaxşı bombardiri “Ümid Masallı”dan Mehdixandır.
Həftənin qapıçısı - JOGA BAKU FC-dan Aydın Bəyişliyə məxsusdur. O, nəinki son 4 penaltini, hətta son 2 turda öz qarısından top belə keçirməyib.
8-ci turun simvolik yığması bu cürdür:
Məlum olduğu kimi, mövsümün sonunda hər iki liqadan olan ilk 10 komanda pley-off mərhələsinə yüksəlmək üçün bir-birilə yarışacaq. Hazırda isə ilk 20 komandanın sıralanması bu cürdür:
MFL ənənəsinə sadiq qalaraq “Ayın ən yaxşı” futbolçusundan müsahibə götürüb.
Budəfəki rubrikanın qəhrəmanı noyabrın ən yaxşı oyunçusu – Mehti Əzimzadədir.
Sonda isə, növbəti turla bağlı anonsdan öncə daha bir maraqlı xəbəri diqqətinizə çatdıraq. MFL çempionatı qısamüddətli qış tətilinə çıxır. Lakin öncə bütün azarkeşləri MFL All Star – Böyük Oyun-la sevindirəcək.
Dekabrın 29-da Bakı Olimpiya Stadionunda MFL-in hər iki Konferensiyadan olan ən güclü futbolçularla görüşü baş tutacaq.
Futbol meydançasında kim daha çox öz gücünü göstərəcək – A Konferensiyasının yığması yoxsa B Konferensiyasının yığması? Bütün bunlara şahid olamaq üçün dekabrın 29-da saat 20:00-da stadiona gəlin.
Tərcümə: S.Xankişiyeva