“Dəmirbank” Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Dəmirbank” Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb

16:05 - 25 / 12 / 2017
“Dəmirbank” Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb

“Dəmirbank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və onlara verilmiş şəhadətnamə ləğv edilib.

Bu haqda 1news.az-a Əmanətlərin Sığortalanması Fondundan məlumat verilib.

“Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının  22 dekabr 2017-cı il tarixli, 49 saylı qərarı ilə “Dəmirbank” ASC -nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyası 23 dekabr 2017-ci il tarixindən ləğv edilməsi ilə əlaqədar olaraq 30 iyul 2007-ci il tarixdə 5 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan “Dəmirbank” ASC 25 dekabr 2017-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3.1-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banka verilmiş şəhadətnamə ləğv edilib“, - deyə məlumatda vurğulanıb.

S.Xankişiyeva

 

 

Paylaş:
664

Son xəbərlər

Bütün xəbərlər