Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyi açılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyi açılıb

12:29 - 25 / 12 / 2017
Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyi açılıb

Bakıda "Ag Şəhər" Biznes Mərkəzində Rusiya İxrac Mərkəzinin (RİM) nümayəndəliyi açılıb.

1news.az xəbər verir ki, Rusiyanın Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biri olduğunu qeyd edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Rusiya ilə bütün sahələrdə əlaqələrimizin dinamik inkişaf etdiyini bildirib. Diqqətə çatdırıb ki, iqtisadi əlaqələrimiz yüksək səviyyədədir. Ticarət dövriyyəmiz və investisiyalarımız artır.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin RİM-in Azərbaycandakı nümayəndəliyinin Rusiya ixracatçılarına maliyyə və xidmətlərin yerli bazara çıxarılmasında biznes missiyasının təşkili ilə yanaşı, maliyyə dəstəyi üzrə tədbirlərə də hərtərəfli dəstək göstərəcəyini deyib.

RİM Qrupunun başçısı Pyotr Fradkov qeyd edib ki, Azərbaycanda RİM-in nümayəndəliyinin açılması ölkələrimiz arasında əmtəə dövriyyəsinə kömək edən əlavə güclü vasitə olmaqla yanaşı, Rusiyanın qeyri-neft məhsulları ixracatçıları arasında maraq göstərə biləcək şirkətlərin Azərbaycan bazarına daxil olmasına yeni təkan verəcək. Eyni zamanda, Rusiya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın inkişafına töhfə verəcək ki, bu da hər iki ölkənin xarici iqtisadi siyasətinin ən mühüm prioritetlərinə cavab verir.

Qeyd edək ki, RİM-in Bakıdakı ofisi Qrupun xarici ölkələrdə açılan nümayəndəliklərinin ümumi siyahısında İran, Qazaxıstan, Tacikistan və Vyetnamdan sonra beşincidir. RİM ixraca dəstək üçün Rusiya hökumətinin dəstəyi ilə yaradılmış dövlət müəssisəsidir. Mərkəz maliyyə və qeyri-maliyyə dəstəyi, o cümlədən ixtisaslaşmış nazirlik və idarələr ilə qarşılıqlı fəaliyyət sahəsində ixracatçılarla iş üzrə "Bir pəncərə" funksiyasını yerinə yetirir.

1news.az

Paylaş:
550

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirirBu gün, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11
Bütün xəbərlər