Heyvanlar arasında müalicə-profilaktik və epizootik tədbirlərin aparılmasına başlanılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Heyvanlar arasında müalicə-profilaktik və epizootik tədbirlərin aparılmasına başlanılıb

21:54 - 09 / 01 / 2018
Heyvanlar arasında müalicə-profilaktik və epizootik tədbirlərin aparılmasına başlanılıb

Ölkə ərazisində heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini və effektivliyini təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Epizootik tədbirlər planı”na uyğun olaraq, 2018-ci ildə müalicə-profilaktik və epizootik tədbirlərin aparılmasına start verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) 1news.az-a bildiriblər ki, bu günlərdə ölkə ərazisində iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında qarayara xəstəliyinə, ev itləri arasında quduzluq xəstəliyinə, quşlar arasında nyukasl xəstəliyinə qarşı peyvəndləmə, iribuynuzlu heyvanlar arasında bruselyoza görə serioliji müayinələrin aparılmasına başlanılıb. Bununla əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidmətinin və Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının baytarlıq mütəxəssisləri rayonlara ezam olunublar.

Ölkədə epizootik tədbirlərin aparılması və “soyuq zəncir” rejiminə riayət olunması üçün rayon (şəhər) baytarlıq idarələri lazımi ləvazimat və avadanlıqlarla təmin edilib.

Hər il olduğu kimi, cari ildə də dövlət vəsaiti hesabına alınmış biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon (şəhər) baytarlıq idarələrinin əməkdaşları tərəfindən "Epizootiya əleyhinə profilaktika, diaqnostika tədbirlər planı"na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla pulsuz tətbiq edilir. Alınmış baytarlıq preparatlarının istifadəsində şəffaflığı təmin etmək məqsədilə ölkəmizdə 2017-ci ildə olduğu kimi, 2018-ci ildə də heyvanlar və quşlar arasında "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq, istifadə edilən biopreparatların, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatlarının üzərinə qırmızı hərflərlə “SATILA BİLMƏZ” sözləri yazılıb.

Alınmış baytarlıq preparatlarının istifadəsinin tənzimlənməsi, şəffaflığın təmin edilməsi və nəzarətin gücləndirilməsi məqsədilə rayon (şəhər) baytarlıq idarələrinə müvafiq tapşırıqlar verilib. Həmin baytarlıq preparatlarının sahə baytarlıq məntəqələrinin bölgüsünə, onların yerlərdə tətbiqinə rayon (şəhər) baytarlıq idarələri tərəfindən ciddi nəzarət edilməsi, baytarlıq preparatlarının işlədilməsi zamanı epizootik və ambulatoriya kitablarında qeydiyyatının aparılaraq istifadə olunması tapşırılıb.

Baytarlıq idarələrinə göndərilən müvafiq tapşırıqda Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları yerlərdə ezamiyyətdə olan zaman və ya vətəndaşlar tərəfindən hər hansı rayon (şəhər) ərazisindəki özəl baytarlıq aptekində, fiziki və hüquqi şəxslərdə üzərində “SATILA BİLMƏZ” sözləri yazılmış baytarlıq preparatları aşkarlanarsa, bu işdə məsuliyyəti olan şəxslər haqqında ciddi inzibati tədbirlərin görüləcəyi bildirilib.

Vətəndaşların, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatları nümayəndələrinin konkret belə hallarla bağlı məlumatlı olarlarsa və ya belə hallarla qarşılaşarlarsa Kənd Təsərrüfatı Nazirliyinin 1652 nömrəli Çağrı Mərkəzinə və DBNX-nin “Qaynar xətti”nə (tel:012-562-76-13) məlumat vermələri xahiş olunur.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin tövsiyə olunur ki, heyvanların müalicə-profilaktik və epizootik tədbirlərdən kənar qalmaması üçün sahə baytarlıq məntəqələri və baytarlıq idarələrinə müraciət etsinlər, bütün tədbirlər baytar həkiminin iştirakı və nəzarəti altında həyata keçirilsin.

Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti lazımi təşkilati tədbirləri davam etdirir.

1news.az

Paylaş:
689

Son xəbərlər

Dünya bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 10:38BŞİH-də növbəti müşavirə keçirilibBu gün, 10:06Şuşaya növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:43Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıbBu gün, 09:31Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49
Bütün xəbərlər