Azərbaycanda 9 şirkət Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 9 şirkət Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib

14:35 - 10 / 01 / 2018
Azərbaycanda 9 şirkət Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib

Azərbaycanda 9 şirkət və bir fiziki şəxs Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, "Naviqator Mobil Servises", "Retail Solutions", "Azəri-Türk LTD", "Azerbaijan Steel Supply", "Transport-Servis LTD", "Effekt-M", "Nicat-Nəzrin", "Kraun" MMC-lər və “Azəraqrartikinti" ASC-nin "Aqrartikintiservis" firması iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. İddia üzrə işin mahiyyətini inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr təşkil edir.

Bu şirkətlərlə yanaşı, fiziki şəxs - Azəri Yusifzadə də eyni iddia ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib. 

Bu iddialar üzrə məhkəmə prosesləri davam edir.

Xatırladaq ki, ötən gün vergilər naziri Mikayıl Cabbarovun əmri ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 33 əməkdaşı da daxil olmaqla, ümumilikdə 64 nəfər işdən çıxarılıb.

S.Xankişiyeva

 

Paylaş:
1534

Son xəbərlər

Bütün xəbərlər