“Sumqayıt”ın Antalyadakı rəqibləri məlum oldu | 1news.az | Xəbərlər
Futbol

“Sumqayıt”ın Antalyadakı rəqibləri məlum oldu

18:28 - 10 / 01 / 2018
“Sumqayıt”ın Antalyadakı rəqibləri məlum oldu

“Sumqayıt”ın qış hazırlıq planı müəyyənləşib.

1news.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, yanvarın 5-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verən komandanın baş məşqçisi Samir Abasovun planına əsasən, hazırlığın ilk hissəsini yanvarın 19-dək Sumqayıtda keçəcək.

Bu müddət ərzində “Sumqayıt” 2 yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 15-də “Qaradağ Lökbatan”, 18-də isə “Səbail”lə “Kapital Bank Arena”da üz-üzə gələcək.

“Sumqayıt” hazırlığın ikinci mərhələsini isə yanvarın 21-dən fevralın 4-dək Türkiyədə davam etdirəcək. Təlim-məşq toplanışını Antalyanın Side bölgəsində keçəcək komanda 4 yoxlama oyunu keçirəcək. Samir Abasovun rəhbərlik etdiyi komanda yanvarın 25-də Polşanın “Poqon”, 28-də Makedoniyanın “Akademiya Pandev”, 31-də Rusiyanın “Anji”, fevralın 3-də isə Serbiyanın “Mladost” klubları ilə qarşılaşacaq.

1news.az

Paylaş:
775

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər