Bakıda mənzildə yanğın olub

Bakıda yanğın hadisəsi qeydə alınıb.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 110 m2 olan 2 otaqlı mənzilin hamamının dam örtüyü 3 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
1news.az
855