Xalq artisti Elza İbrahimovanın xatirəsi yad edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq artisti Elza İbrahimovanın xatirəsi yad edilib - FOTO

20:51 - 10 / 01 / 2018
Xalq artisti Elza İbrahimovanın xatirəsi yad edilib - FOTO

Bu gün mahnıları ilə yaddaşlarda dərin iz qoymuş Xalq Artisti Elza İbrahimovanın anadan olmasından 80 il ötür.

1news.az xəbər verir ki, bu münasibətlə görkəmli incəsənət xadimləri, musiqişünaslar, bəstəkarın doğmaları ikinci Fəxri xiyabana gələrək sənətkarım məzarını ziyarət edib və onun ölməz sənət dünyasından söz açıblar.

Anım mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli Sərəncamına əsasən bu il anadan olmasının 80 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək tanınmış bəstəkarı xoşbəxt sənətkar adlandırıb.

Bildirilib ki, Elza İbrahimova ömrünün 50 ildən çoxunu bəstəkarlıq sənətinə həsr edib. O, bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək musiqisevərlərin ürəyində özünə əbədi heykəl ucaldıb. “Elza İbrahimovanın mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarında bəstələdiyi əsərlər arasında lirik mahnılar, simfonik poema, oratoriya, vokal-instrumental kamera əsərləri, bir sıra tamaşalara yazdığı musiqiləri xüsusi yer tutur. Onun yazdığı bütün əsərlər dərin məzmunu, yüksək bədiiliyi ilə seçilirlər”,- deyə nazir müavini vurğulayıb.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə E.İbrahimovanın zəngin yaradıcılığından söz açıb. Deyib ki, dahi bəstəkar Qara Qarayevin tələbəsi olmuş Elza İbrahimova bütün fəaliyyəti dövründə bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər yaradıb və Azərbaycanın görkəmli şairlərinin şeirlərinə bəstələdiyi gözəl lirik mahnıları hər zaman korifey sənətkarlarımızın repertuarında sevilərək ifa olunub.

Mərasimdə Milli Konservatoriyanın rektoru, Xalq Artisti Siyavuş Kərimi E.İbrahimovanın mükəmməl musiqi təhsili aldığını söyləyib.

E.İbrahimovanın Azərbaycan şairlərinin əsərlərinə 100-dən çox, həmçinin rus və ləzgi dillərində yazılmış şeirlərə də mahnılar bəstələdiyini söyləyən natiq, onun son dövr yaradıcılığında vətənpərvərlik mövzularına müraciət edərək yazdığı “20 Yanvar”, “Qarabağ”, “Şəhid qardaş”, “Səngərlər”, “Yanan laylalar” və s. əsərlərinin bu gün də populyar olduğunu deyib.

Sonda bəstəkarın ailə üzvləri adından qardaşı Çingiz İbrahimov çıxış edərək bəstəkarın xatirəsinə göstərilən ehtirama görə ölkə başçısına minnətdarlığını bildirib.

1news.az

Paylaş:
837

Son xəbərlər

Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlanıbBu gün, 09:56Xarici İşlər Nazirliyi Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edibBu gün, 09:25Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edibBu gün, 09:07Mingəçevir polisi əməliyyat keçirdi - Onlayn alış-veriş edənləri aldadan şəxs saxlanılıbBu gün, 08:54Bu gün 9 May - Qələbə GünüdürBu gün, 08:47Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı!08 / 05 / 2024, 18:12Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans keçirilib08 / 05 / 2024, 17:51Dövlət Komitəsi beynəlxalq mükafata layiq görülüb08 / 05 / 2024, 17:44Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - YENİLƏNİB08 / 05 / 2024, 17:36İsmail Serageldin Prezidentin fəxri diplomu ilə təltif edilib08 / 05 / 2024, 17:24Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib08 / 05 / 2024, 17:14Cevdet Yılmaz: İşğaldan azad olunmuş ərazilərlə bağlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturuq08 / 05 / 2024, 17:03Baş nazir İlham Əliyevin COP-29-a dəvət məktubunuRəcəb Tayyib Ərdoğana təqdim edəcək08 / 05 / 2024, 16:58Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır08 / 05 / 2024, 16:51Zaqatalada dönərdən zəhərlənmə ilə bağlı yeni məlumat açıqlandı08 / 05 / 2024, 16:45Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 108 / 05 / 2024, 16:39“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb08 / 05 / 2024, 16:32Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq08 / 05 / 2024, 16:24Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir08 / 05 / 2024, 16:20Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb - YENİLƏNİB08 / 05 / 2024, 16:07
Bütün xəbərlər