Bakı Ali Neft Məktəbinin tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbinin tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırdı

10:08 - 10 / 01 / 2018
Bakı Ali Neft Məktəbinin tələbəsi Gənclər Fondunun qrant layihəsini reallaşdırdı

Bakı Ali Neft Məktəbində (BANM) Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan 5-ci kurs tələbəsi, BANM Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zaur Məmmədzadə Azərbaycan Prezidenti yanında Gənclər Fondu tərəfindən təşkil olunan X qrant müsabiqəsində “Biokütlədən sənaye məhsullarının istehsalı” adlı layihəsilə iştirak edərək qaliblərdən biri olub və maddi mükafatlandırmaya layiq görülüb.

1news.az-a BANM-dan verilən məlumata görə,  Gənclər Fondunun maddi və BANM-ın təşkilati dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi gənclərin qeyri-neft sektoruna olan marağının artırılması və bərpa olunan enerji mənbələrindən biri olan biokütlə haqda məlumatlandırılmaqla onların diqqətinin bu sahəyə cəlb edilməsi olub.

BANM-ın tələbəsinin layihəsində ölkənin 10 universitetindən əsasən ekologiya və mühəndislik üzrə təhsil alan 60-a yaxın tələbə iştirak edib. 4 gün ərzində tələbələrə biokütlənin müxtəlif növləri, onun iqtisadiyyatda və energetikada tətbiqinin əhəmiyyəti, həmçinin müasir istehsalatın ətraf mühitə vurduğu zərərlər haqqında təlimlər və praktik dərslər keçirilib.  Tələbələr üçün təşkil olunan təlimlər sahənin təcrübəli mütəxəssisləri - SOCAR-da texniki istehsalat şöbəsinin mühəndisi Pərvanə Babayeva və Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda Sosial və ətraf mühitin təhlükəsizliyi üzrə mütəxəssis  Könül Mirislamlı tərəfindən aparılıb.

Layihənin iştirakçıları praktik dərslər zamanı hər biri 6 nəfərdən ibarət 8 komandaya bölünüb, indiyədək əldə etdikləri bilik və təcrübələrini  tətbiq edərək aktual ekoloji problemlərin həlli üzərində çalışıblar. Sonda ən yaxşı praktik həllər hazırlamış  ən aktiv komandalar və tələbələr layihədə uğurlu iştiraklarına görə biokütlə və onun əhəmiyyəti haqda biliyini təsdiq edən sertifikatlar və həmçinin kitablarla təltif olunublar.

1news.az

Paylaş:
580

Son xəbərlər

Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı!Bu gün, 18:12Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans keçirilibBu gün, 17:51Dövlət Komitəsi beynəlxalq mükafata layiq görülübBu gün, 17:44Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - YENİLƏNİBBu gün, 17:36İsmail Serageldin Prezidentin fəxri diplomu ilə təltif edilibBu gün, 17:24Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilibBu gün, 17:14Cevdet Yılmaz: İşğaldan azad olunmuş ərazilərlə bağlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturuqBu gün, 17:03Baş nazir İlham Əliyevin COP-29-a dəvət məktubunuRəcəb Tayyib Ərdoğana təqdim edəcəkBu gün, 16:58Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayırBu gün, 16:51Zaqatalada dönərdən zəhərlənmə ilə bağlı yeni məlumat açıqlandıBu gün, 16:45Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 1Bu gün, 16:39“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıbBu gün, 16:32Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 16:24Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verirBu gün, 16:20Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb - YENİLƏNİBBu gün, 16:07Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQBu gün, 16:06Azərbaycan Prezidenti bolqarıstanlı həmkarını COP29-a dəvət edibBu gün, 16:00Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 15:58Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:53Azərbaycan və İsrail XİN nümayəndələri görüşübBu gün, 15:48
Bütün xəbərlər