Azərbaycan Milli Kitabxanası ilə UCLA arasında Anlaşma Memorandumu imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Milli Kitabxanası ilə UCLA arasında Anlaşma Memorandumu imzalanıb

10:46 - 10 / 01 / 2018
Azərbaycan Milli Kitabxanası ilə UCLA arasında Anlaşma Memorandumu imzalanıb

ABŞ-ın və dünyanın ən nüfuzlu universitetlərindən olan Kaliforniya Los Anceles Universitetinin (UCLA) kitabxanasında  Azərbaycan Milli Kitabxanası (AMK) ilə sözügedən kitabxana arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

1news.az-a ölkəmizin Los Ancelesdəki səfirliyindən verilən məlumata görə,  Şimali Amerikanın 10 ən böyük akademik kitabxanasından biri olan UCLA Kitabxanasında 9 milyonadək kitab saxlanılır.

UCLA Kitabxanasının Yəhudi, Yaxın Şərq və Mərkəzi Asiya üzrə əməkdaşı Deyvid Hörş (David Hirsch) çıxışında Azərbaycana səfərləri və bu səfərlər müddətində ölkəmizdə kitabxanaçılığın inkişafı barədə əldə etdiyi təəssüratlarını bölüşərək, Azərbaycan ilə UCLA Kitabxanası arasında əməkdaşlığın gələcəyinə böyük ümidlərlə yanaşdığını qeyd edib.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov AMK ilə UCLA Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanmasının hər iki kitabxana arasında mütəmadi olaraq kitab, informasiya və təcrübə mübadilələrinin həyata keçirilməsinə imkan yaradacağını, oxucuların zəngin informasiya resurslarından istifadə imkanlarını xeyli artıracağını qeyd edib. O, bu memorandumun imzalanmasının eyni zamanda qısa bir müddət ərzində həm Azərbaycan Milli Kitabxanasında, həm də UCLA Kitabxanasında hər iki ölkənin tarixinin, mədəniyyətinin, elminin, adət və ənənələrinin təbliğində və öyrənilməsində əhəmiyyətli rol oynayacaq informasiya və elektron resursları fondunun formalaşmasına və oxucuların istifadəsinə verilməsinə imkan yaradacağını vurğulayıb. K.Tahirov, həmçinin, UCLA Kİtabxanası ilə əlaqələrin yaradılmasında göstərdiyi dəstəyə görə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna təşəkkürünü ifadə edib.

Sonra çıxış edən UCLA Kitabxanasının direktoru Virciniya Stil (Virginia Steel) Azərbaycan Milli Kitabxanasının UCLA kitabxanasının beynəlxalq tərəfdaşlarından birinə çevrilməsindən məmnunluq hissi duyduğunu bildirib. O, UCLA Kitabxanası və AMK-nın əməkdaşlığı və birgə həyata keçirəcəyi layihələr vasitəsilə bütün dünyada alim və tələbələrə hər iki ölkə haqqında biliklərin daha geniş və asan şəkildə çatdırılacağına əminliyini ifadə edib.

Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tədbirdə çıxış edərək, bu gün UCLA Kitabxanasının Azərbaycan Milli Kitabxanasının ABŞ-da rəsmi əməkdaşlığa başladığı ilk universitet kitabxanası olduğunu qeyd edib və bu tarixi mərasimdə iştirakından məmnun olduğunu bildirib. O, AMK və UCLA Kitabxanası arasında Anlaşma Memorandumunun imzalanmasının iki kitabxana arasında qarşılıqlı faydalı əməkdaşlığa, eləcə də hər iki xalqın daha da yaxınlaşmasına güclü zəmin yaradacağına inandığını qeyd edib.

Çıxışlardan sonra Azərbaycan Milli Kitabxanasının tarixi, fəaliyyəti və uğurlarını əks etdirən qısa film nümayiş etdirilib. Daha sonra iki kitabxana arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və UCLA Kitabxanasının direktoru Virciniya Stil imzalayıblar.

Sonra K.Tahirov Azərbaycan Milli Ensiklopediyasının artıq nəşr olunmuş cildlərini və Azərbaycana dair digər kitabları UCLA Kitabxanasına təqdim edib.

Mərasimdə UCLA Kitabxanasının əməkdaşları, habelə universitetin müəllim və tələbə heyəti, xarici diplomatlar və digər qonaqlar iştirak ediblər.

1news.az

 

Paylaş:
519

Son xəbərlər

Ölkəmizdə ilk dəfə keçiriləcək Təchizat Zənciri Liderləri Zirvəsinə sayılı günlər qaldı!08 / 05 / 2024, 18:12Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans keçirilib08 / 05 / 2024, 17:51Dövlət Komitəsi beynəlxalq mükafata layiq görülüb08 / 05 / 2024, 17:44Ankarada Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - YENİLƏNİB08 / 05 / 2024, 17:36İsmail Serageldin Prezidentin fəxri diplomu ilə təltif edilib08 / 05 / 2024, 17:24Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib08 / 05 / 2024, 17:14Cevdet Yılmaz: İşğaldan azad olunmuş ərazilərlə bağlı əməkdaşlığın gücləndirilməsini nəzərdə tuturuq08 / 05 / 2024, 17:03Baş nazir İlham Əliyevin COP-29-a dəvət məktubunuRəcəb Tayyib Ərdoğana təqdim edəcək08 / 05 / 2024, 16:58Sevinc Fətəliyeva: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır08 / 05 / 2024, 16:51Zaqatalada dönərdən zəhərlənmə ilə bağlı yeni məlumat açıqlandı08 / 05 / 2024, 16:45Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB 108 / 05 / 2024, 16:39“Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilkin mərhələsinin nəticələri açıqlanıb08 / 05 / 2024, 16:32Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq08 / 05 / 2024, 16:24Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir08 / 05 / 2024, 16:20Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb - YENİLƏNİB08 / 05 / 2024, 16:07Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ08 / 05 / 2024, 16:06Azərbaycan Prezidenti bolqarıstanlı həmkarını COP29-a dəvət edib08 / 05 / 2024, 16:00Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA08 / 05 / 2024, 15:58Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB 108 / 05 / 2024, 15:53Azərbaycan və İsrail XİN nümayəndələri görüşüb08 / 05 / 2024, 15:48
Bütün xəbərlər