Dünya Bankı 2020-ci ilədək Azərbaycanda iqtisadi artım olacağını proqnozlaşdırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünya Bankı 2020-ci ilədək Azərbaycanda iqtisadi artım olacağını proqnozlaşdırıb

12:09 - 10 / 01 / 2018
Dünya Bankı 2020-ci ilədək Azərbaycanda iqtisadi artım olacağını proqnozlaşdırıb

2018-2020-ci illərdə Azərbaycanda iqtisadi artım 2,6% təşkil edəcək.

Bu barədə “Dünya Bankının (DB) yaydığı “Qlobal İqtisadi Perspektivlər” adlı hesabatında qeyd edilib.

Hesabatda qeyd olunub ki, 2016-cı illə müqayisədə 2017-ci ildə ölkədə zəif templə də olsa iqtisadi geriləmə qeydə alınıb. Dünya bazarında 2014-2016-cı illərdə neft qiymətlərinin aşağı düşməsi ölkə iqtisadiyyatına təsir edib, bank sektorunda problemlər yaradıb. Buna baxmayaraq, neft sektorunda artım müşahidə olunur, investisiyaların həcmi böyüyür”, - deyə hesabatda qeyd olunub.

Hesabatda 2018-ci ildə Azərbaycanda ÜDM-in 0,9% proqnozlaşdırılır. DB daha öncəki hesabatında buna əsas səbəb kimi "Şahdəniz-2" layihəsinin işə düşməsini göstərib. 2019-cu ildə isə ÜDM-in 1,5% artacağı bildirilir.

S.Xankişiyeva

 

 

Paylaş:
772

Son xəbərlər

Bütün xəbərlər