Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

14:07 - 11 / 01 / 2018
Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

Yanvarın 12-də paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 1news.az-a verilən məlumata görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bakıdakı Məktəb-Lisey Kompleksində (Ünvan: F.Xoyski küçəsi 78) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

1news.az

Paylaş:
413

Son xəbərlər

Bütün xəbərlər