Dünyanın ən yaşlı futbolçusu klubu ilə müqaviləsinin müddətini uzadıb
Peşəkar futbolda indiyədək 32 mövsümdə çıxış etməklə adını dünya idmanı tarixinə yazdıran 51 yaşlı yaponiyalı futbolçu Kazuyoşi Miura ölkə çempionatının ikinci liqasında çıxış edən “Yokohama” klubu ilə müqaviləsinin müddətini bir il uzadıb.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, fevralın 26-da 51 yaşı tamam olacaq K.Miura bununla da dünyanın ən yaşlı futbolçusu rekordunu daha da möhkəmləndirəcək.
2005-ci ildə “Yokohama” klubuna transfer edilən K.Miura ötən il martın 5-də - 50 yaş və 7 günlük olarkən peşəkar futbol tarixində meydana çıxan ən yaşlı idmançı adına sahib olub. O, bununla da 1965-ci ildən etibarən ingiltərəli Stenli Metyuza məxsus olan rekordu iki gün fərqlə yeniləyib. Yaponiyalı futbolçu ötən mövsümü 12 qolla başa vurub. Ümumiyyətlə, K.Miura “Yokohama”nın heyətində 243 oyunda 23 dəfə fərqlənib.
Ölkəsində “Kral Kazu” ləqəbi ilə tanınan futbolçu daha əvvəl Braziliya və İtaliya çempionatlarında da çıxış edib. Yaponiya millisinin heyətində 89 dəfə forma geyən K.Miura rəqib qapılarına 55 dəfə yol tapıb.
1news.az