Heydər Əliyev prospektində və “Jurnalist binaları”nın qarşısında piyada keçidi inşa olunacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Heydər Əliyev prospektində və “Jurnalist binaları”nın qarşısında piyada keçidi inşa olunacaq

17:06 - 11 / 01 / 2018
Heydər Əliyev prospektində və “Jurnalist binaları”nın qarşısında piyada keçidi inşa olunacaq

“Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli 1 nömrəli protokoluna əsasən aidiyyəti qurumlarla birgə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı şəhərində avtomobil yollarında piyadaların təhlükəsizliyinin təmin olunması üçün yüngül konstruksiyalı yerüstü piyada keçidlərinin tikintisi zəruri olan yerləri müəyyənləşdirib.

Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli APA-ya bildirib ki, müəyyənləşdirilən yerlər  2015-ci ildə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim olunub.

Bakı şəhərində ilk olaraq 100-ə yaxın belə yer müəyyənləşdirilib: “2016-2017-ci illərdə Bakı şəhəri və ətraf yollar üzərində belə piyada keçidləri inşa olundu. Bu işlər bu il də davam etdiriləcək. Həmin yerlərin siyahısına Yeni Salyan şossesi 22 ("Jurnalist binaları"nın qarşısı) və Heydər Əliyev prospekti, 23-cü polis bölməsinin qarşısına düşən ərazi (Bağırov körpüsünün çıxışı istiqamət) də əlavə edilib. Artıq Heydər Əliyev prospektində yüngül konstruksiyalı yerüstü piyada keçidin tikintisi ilə bağlı layihə sənədlərinin hazırlanması işləri həyata keçirilir. Bu il ərzində, ən qısa zamanda yüngül konstruksiyalı yerüstü piyada keçidinin tikintisi başlanacaq".

Yeni Salyan şossesi 22 ünvanında da bu il ərzində yüngül konstruksiyalı yerüstü piyada keçidinin inşası planlaşdırılır.

O cümlədən, bu il Moskva prospekti ilə 20 yanvar küçəsinin kəsişməsi (Şamaxinka adlanan ərazi), Yusif Səfərov küçəsində - “Azəriqaz” İstehsalat Birliyinin qarşısında, Mərdəkan-Zaqulba yolunda, köhnə “Mərdəkan Broyler”in yaxınlığında  və Qala-Pirallahı yolunda yaşayış məntəqələri olan sahədə yüngül konstruksiyalı yerüstü piyada keçidinin tikintisi nəzərdə tutulub.

1news.az

Paylaş:
950

Son xəbərlər

Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTO06 / 05 / 2024, 17:51ABŞ səfiri: Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndik06 / 05 / 2024, 17:39Bakı dünyanın “İdman Paytaxtı” seçilib06 / 05 / 2024, 17:23Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib06 / 05 / 2024, 17:21DSX rəisi Böyük Britaniyanın Kralı ilə atların yarışını izlədi - FOTO06 / 05 / 2024, 17:12Sevinc Fətəliyeva: Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunur06 / 05 / 2024, 17:00Nazir Avropa çempionatında qızıl medal qazanan şahmatçını qəbul edib - FOTO06 / 05 / 2024, 16:49SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!06 / 05 / 2024, 16:45Rezidenturaya qəbulun nəticələri açıqlanıb06 / 05 / 2024, 16:43Zamanın obyektivində BAM: magistralın 50 illiyinə və Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş sərgi06 / 05 / 2024, 16:12ABŞ səfiri: Şuşada olduğuma görə xoşbəxtəm06 / 05 / 2024, 15:46Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıb06 / 05 / 2024, 15:42Azərbaycanın turizm imkanları Dubayda sərgilənir - FOTO06 / 05 / 2024, 15:37Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!06 / 05 / 2024, 15:35Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu edən şəxs saxlanılıb06 / 05 / 2024, 15:24Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO06 / 05 / 2024, 15:12İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model Müəssisəsi06 / 05 / 2024, 15:06AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaq06 / 05 / 2024, 14:46Qubadlıda sümük fraqmenti aşkarlanıb06 / 05 / 2024, 14:39ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb06 / 05 / 2024, 14:31
Bütün xəbərlər