Bakıda dayanacaqlar dəyişdirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dayanacaqlar dəyişdirildi

17:21 - 11 / 01 / 2018
Bakıda dayanacaqlar dəyişdirildi

Bakıda fəaliyyət göstərən 175 nömrəli marşrut xətti üzrə sərnişindaşımanın mövcud qaydalara uyğun təşkili məqsədi ilə müvafiq tədbirlər həyata keçirilib.

Bakı Nəqliyyat Agentliyindən  1news.az-a verilən məlumata görə, bu xətt üzrə Hövsan şossesi və Hövsan qəsəbəsində marşrut xətti üzrə 27 dayanacaq məntəqəsində müvafiq yol nişanları qoyulub.

Dayanacaq məntəqələrindən 15 ədədi yeni təşkil edilib. Sərnişinlərin rahat şəkildə BakıKart əldə etməsi eyni zamanda kart balanslarını artıra bilməsi üçün 6 məntəqədə “MilliÖn” terminalları quraşdırılıb.

Qeyd edək ki, yanvarın 13-dən etibarənm 175 saylı marşrut xəttində "BakuBus"un avtobusları xidmət göstərəcək.

1news.az  

Paylaş:
752

Son xəbərlər

Bütün xəbərlər