Baş prokuror 6 rayonun sakinlərini qəbul edəcək

Baş prokuror Zakir Qaralov yanvarın 19-da Qobustan, Göyçay, Kürdəmir, Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, Qobustan rayon prokurorluğunun inzibati binasında keçiriləcək və saat 10:00-da başlayacaq qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qobustan şəhərinə gəlmələrinin təşkili müvafiq şəhər və rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
1news.az