“Toyota” və “Honda” şirkətləri ABŞ-da 1 milyon avtomobili geri çağıracaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Toyota” və “Honda” şirkətləri ABŞ-da 1 milyon avtomobili geri çağıracaq

17:29 - 11 / 01 / 2018
“Toyota” və “Honda” şirkətləri ABŞ-da 1 milyon avtomobili geri çağıracaq

Yapon avtomobil istehsalı şirkətləri “Toyota” və “Honda” nasaz və potensial təhlükə mənbəyi olan Takata təhlükəsizlik yastıqlarını dəyişmək üçün ABŞ-da 1 milyon avtomobili geri çağıracaqlar.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, təhlükəsizlik yastıqlarının istehsalçısı “Takata” şirkəti əvvəllər də bir neçə dəfə öz məhsullarının nasaz olduğunu bəyan edib.

Bu avtomobillərin geri çağırılması “Takata” şirkətinin daha 3,3 milyon təhlükəsizlik yastığının qüsurlu olduğunu bildirməsindən sonra qərara alınıb.

Son bir neçə il ərzində 19 avtomobil istehsalçısı təhlükəsizlik yastığı nasaz olan 42 milyon avtomobili geri çağırıb ki, bu, ABŞ tarixində avtomobillərin ən çox geri çağırıldığı dövrdür. Sözügedən problem “Takata” şirkətinə qarşı məhkəmə iddiası və onun cərimələnməsi ilə nəticələnib, həmçinin yapon şirkətini müflisləşmə haqqında qanuna uyğun olaraq kreditorların müdafiəsi üçün müvafiq addımlar atmağa məcbur edib.

Takata təhlükəsizlik yastıqlarının adekvat olmayan şişirdilməsi ucbatından dünya üzrə 20 insan həyatını itirib, 280 nəfər yaralanıb. “Toyota” şirkətinin administrasiyası bildirib ki, ABŞ-da 601 min nəqliyyat vasitəsini geri çağıracaq. Avtomobillərin sahibləri cari ilin martınadək xəbərdar ediləcək və avtomobil satış şirkətləri onların maşınında ön yastıqları dəyişəcəklər.

“Honda” şirkəti də öz növbəsində ABŞ-da 465 min avtomobili və 960 “Gold Wing” motosikletini geri çağıracaq. Bu şirkət avtomobil sahiblərinə bildirişi fevralın sonunda göndərəcək.

1news.az

Paylaş:
720

Son xəbərlər

Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıbBu gün, 15:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:18Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİBBu gün, 15:02Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edirBu gün, 14:49“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı - FOTOBu gün, 14:43Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıbBu gün, 14:32Çərşənbə gününün hava proqnozuBu gün, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıbBu gün, 12:25Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qəzası olubBu gün, 12:14“COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiqləri güclənir”Bu gün, 11:49FHN: Ötən sutka 9 nəfər xilas edilibBu gün, 11:26Bakıda ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən iki nəfər polis tərəfindən saxlanılıbBu gün, 11:02Dünya bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 10:38BŞİH-də növbəti müşavirə keçirilibBu gün, 10:06Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıbBu gün, 09:31Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38
Bütün xəbərlər