Bakıda yanğın: 7 nəfər təxliyə edilib

Bakıda yerləşən yaşayış binalarının birində yanğın olub.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, paytaxtın Xətai rayonunda dördmərtəbəli binanın dəhlizində 15 p.m kabel və 1 ədəd kondisioner yanıb.
Yanğın zamanı 7 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
1news.az
851