Azərbaycanda 48 yaşlı kişi özünü asdı – TƏFƏRRÜAT | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 48 yaşlı kişi özünü asdı – TƏFƏRRÜAT

12:03 - 11 / 01 / 2018
Azərbaycanda 48 yaşlı kişi özünü asdı – TƏFƏRRÜAT

Dünən Goranboy rayonunda baş verən intihar hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

1news.az-ın Sonxeber.az-a istinadən verdiyi xəbərə görə, hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb. Rayon sakini, 1970-ci il təvəllüdlü Arif Alıyev qardaşına məxsus evin həyətindəki damda özünü asıb.

Hadisə ilə bağlı bəzi təfərrütlar məlum olub. Məlumata görə, A.Alıyev bir neçə ay əvvəl eyni küçədə yaşayan həyat yoldaşından boşanıb. İşləmirdi.

Atası bir neçə il əvvəl rəhmətə gedən A.Alıyev anası ilə birgə yaşayırdı.

Boşanandan sonra həyat yoldaşı uşaqlarını da götürərək atası evinə gedib. Oğlu 9-cu sinifdə təhsil alır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1news.az

Paylaş:
703

Son xəbərlər

Bütün xəbərlər