2017-ci ildə dövlət büdcəsi 98% səviyyəsində icra olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

2017-ci ildə dövlət büdcəsi 98% səviyyəsində icra olunub

20:48 - 12 / 01 / 2018
2017-ci ildə dövlət büdcəsi 98% səviyyəsində icra olunub

Maliyyə Nazirliyi 2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair məlumatı açıqlayıb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, 2017-ci il üzrə dövlət büdcəsinin mədaxili 16 mlrd. 446,9 mln. manat, xərcləri 17 mlrd. 588,3 mln. manat olub.

2017-ci il üzrə dövlət büdcəsinin mədaxili 16 mlrd. 766 mln. manat proqnoza qarşı 16 mlrd. 446,9 mln. manat və ya 98,1% icra olunub. Ötən il Vergilər Nazirliyi xətti ilə daxilomalar 6 mlrd. 972 mln. manat və ya  proqnoz 91,2% icra olunub. Həmin vəsaitin 74,5%-i və ya 5 mlrd. 192,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

2017-ci il üzrə Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 2 mlrd. 608,8 mln. manat vəsait daxil olub və proqnoz 115,9% icra olunub.

Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan məbləğdə və ya 6 mlrd. 100  mln. manat  vəsait transfert edilib.

2017-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 366,1 mln. manat, Mərkəzi Bankın mənfəətindən ayırmalar hesabına 250 mln. manat, sair daxilolmalardan 150 mln. manat vəsait dövlət büdcəsinə daxil olub.

2017-ci ilin oktyabr-dekabr ayları üzrə  dövlət büdcəsinin mədaxili 4 mlrd. 401,8 mln. manat icra olunub.

2017-ci ildə dövlət büdcəsinin xərcləri 98% və ya 17 mlrd. 588,3 mln. manat  icra edilib.

2017-ci ilin oktyabr-dekabr ayları üzrə dövlət büdcəsinin xərcləri 4 mlrd. 804,6 mln. manat icra olunub.

2017-ci il ərzində dövlət büdcəsi xərclərinin 10 mlrd. 921,1 mln. manatı və ya 62,1%-i cari xərclərə, 5 mlrd. 153,5 mln. manatı və ya 29,3%-i əsaslı xərclərə, 1 mlrd. 513,7 mln. manatı və ya 8,6%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə  yönəldilib.

Dövlət büdcəsi xərclərinin 38%-i və ya 6 mlrd. 690,8 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da 2016-cı illə müqayisədə 453,7 mln. manat və ya 7,3% çoxdur.

Dövlət büdcəsinin kəsiri 1 mlrd. 141,4 mln. manat və ya təsdiq olunan yuxarı həddən 33,6 mln. manat az olub.

Kəsirin maliyyələşdirilməsi 384,6 mln. manatı dövlət istiqraz vərəqəlrinin satışından, 106,5 mln. manatı özəlləşdirməsindən daxil olan vəsaitdən və 650,3 mln. manatı 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilib.

2017-ci ilin icmal büdcəsinin gəlirləri 23 mlrd. 951,6 mln. manat, xərcləri  isə 24 mlrd. 982,6 mln. manat icra olunub. İcmal büdcənin kəsiri ümumi daxili məhsulun 1,5%-ni və ya 1 mlrd. 31 mln. manat təşkil edib.

1news.az

Paylaş:
676

Son xəbərlər

Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib - FOTOBu gün, 16:32Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edirBu gün, 16:14Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənibBu gün, 15:50Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıbBu gün, 15:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:18Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİBBu gün, 15:02Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edirBu gün, 14:49“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı - FOTOBu gün, 14:43Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıbBu gün, 14:32Çərşənbə gününün hava proqnozuBu gün, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıbBu gün, 12:25Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qəzası olubBu gün, 12:14“COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiqləri güclənir”Bu gün, 11:49FHN: Ötən sutka 9 nəfər xilas edilibBu gün, 11:26Bakıda ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən iki nəfər polis tərəfindən saxlanılıbBu gün, 11:02Dünya bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 10:38BŞİH-də növbəti müşavirə keçirilibBu gün, 10:06Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıbBu gün, 09:31Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05
Bütün xəbərlər