Metroda intihara cəhd edən kişi dünyasını dəyişib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Metroda intihara cəhd edən kişi dünyasını dəyişib - YENİLƏNİB

10:54 - 12 / 01 / 2018
Metroda intihara cəhd edən kişi dünyasını dəyişib - YENİLƏNİB

Metroda intihara cəhd edən kişi xəstəxanada keçinib.

1news.az xəbər verir ki,  bu barədə 3 saylı şəhər Klinik Xəstəxanasından məlumat verilib.

Xəstəxanadan bildirilib ki, səhər saatlarında metronun "Qara Qarayev" stansiyasında intihara cəhd edən təxminən 60-65 yaşlı naməlum kişi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb. Xəstə reanimasiyada dünyasını dəyişib.

1news.az

09:57

Bakı Metropolitenində intihara cəhd qeydə alınıb.

1news.az xəbər verir ki, QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev  hadisənin 09:18 radələrində  "Qara Qarayev" metro stansiyasında qeydə alındığını bildirib.

"Həzi Aslanov" - "Dərnəgül" xətti üzrə hərəkət edən qatar "Qara Qarayev stansiyasına daxil olmaq istəyərkən təxminən 60 yaşlı, əlində əsa olan kişi özünü qatarın altına atmağa cəhd edib.

Maşinistin sayıqlığı nəticəsində intihar cəhdinın qarşısı alınıb. Yaşlı kişi qatara dəyərək platformaya yıxılıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb və yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

İntihara cəhd edən şəxsin kimliyi məlum deyil.

1news.az

Paylaş:
323

Son xəbərlər

Bütün xəbərlər