BANM-də SPM-in ilk qrupları kursu başa vurur | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-də SPM-in ilk qrupları kursu başa vurur

11:10 - 12 / 01 / 2018
BANM-də SPM-in ilk qrupları kursu başa vurur

Bakı Ali Neft Məktəbində (BANM) İngiltərənin TwentyEighty Strategy Execution (Stratex) şirkəti, BP və onun tərəfdaşlarının birgə əməkdaşlığı ilə həyata keçirilən School of Project Management (Layihə İdarəetmə Məktəbi) fəaliyyət göstərir. Dövlət və özəl sektorda çalışan şirkətlərin böyük marağına səbəb olan bu proqram iştirakçılara Layihə Menecmentinin dərinliklərini öyrədir və sonda proqramı uğurla başa vuranları ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr Sertifikatı ilə təltif edir.  

1news.az-a BANM-dan verilən məlumata görə,    hazırda Layihə İdarəetmə Məktəbinin ilk qruplarının iştirakçıları proqramı yekunlaşdırmaq mərhələsindədirlər. Belə ki, 2017-ci ilin may və iyul aylarında dərslərə başlayan “Stream 16” və “Stream 17” qrupları 7 moduldan ibarət tədris proqramının sonuncu modulunu keçəcəklər. Proqram iştirakçıları onlara verilən seçim hüququna əsasən “PMP (Project Management Professional) Preparation” (PMP imtahanına hazırlıq) və “Negotiation Skills” (Danışıqların aparılması bacarıqları) modulları arasında artıq öz seçimlərini ediblər.

PMP imtahanına hazırlıq modulu Stratex şirkətinin peşəkar təlimçisi Didye Estibal, Layihə menecerləri üçün danışıqların aparılması bacarıqları modulu isə Corc Sifri tərəfindən həyata keçiriləcəkdir.     

Dörd gün davam etməsi nəzərdə tutulmuş PMP imtahanına hazırlıq modulu  layihə həcminin idarə olunması, vaxtın idarə olunması, keyfiyyətin idarə olunması, büdcənin idarə olunması, əmək resurlarının idarə olunması, riskin idarə olunması, kommunikasiyanın idarə olunması kimi mövzular və bu mövzular üzərində hazırlanmış test imtahanı üzərində çalışacaqlar.

Layihə menecerləri üçün danışıqların aparılması bacarıqları modulunda isə, iştirakçılar mütərəqqi üsullardan istifadə edərək dayandırılmış danışıqların bərpa edilməsi, rəqabətli və kollektiv danışıq strategiyalarından istifadə edilməsi, səmərəli xərc və qrafik icrası üçün danışıq bacarıqlarının tətbiq edilməsi, şəxsi layihələr üçün lazım olan birgə münasibətlərin effektli inkişafı və idarəçilik strategiyalarının planlaşdırılması mövzuları üzərində təlimlər keçəcəklər.

 Qeyd edək ki, Layihə İdərəetmə Məktəbinin bu iki qrupunun iştirakçıları Təlimdə BANM, SOCAR, BP, Paşa Siğorta, Atlantic Waves Solutions, Pasha Holding, Pasha Life Insurance, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Socar Polymer, Azərsu, Worley Parsons, CNFA, CBMC kimi müəssisələrinin daha çox rəhbər vəzifələrində çalışan məsul şəxslərindən ibarətdir. Bu isə öz növbəsində daim inkişaf edən müəssisələrin peşəkar layihə menecerlərinə olan tələbatından və layihələrin idarə olunmasına verilən böyük əhəmiyyətdən xəbər verir.

 Sonda onu da qeyd edək ki, Layihə İdarəetmə Məktəbinin “Stream 18” qrupu da artıq fəaliyyətə başlayıb və yeni qrupların yığılması ilə bağlı qeydiyyat davam edir.

1news.az

Paylaş:
640

Son xəbərlər

Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33STM Azərbaycanın hərbi sənaye imkanları keçirdiyi sorğunun nəticələrini açıqladıBu gün, 13:09Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlandıBu gün, 13:02IOTA-nın icraçı katibi: “Dövlət Vergi Xidməti Uzun müddətdir ki, IOTA-nın sadiq üzvüdür”Bu gün, 12:39
Bütün xəbərlər