Azərbaycanda qısqanc kişi 28 yaşlı oğlanı güllələdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda qısqanc kişi 28 yaşlı oğlanı güllələdi

11:39 - 12 / 01 / 2018
Azərbaycanda qısqanc kişi 28 yaşlı oğlanı güllələdi

Beyləqan rayonunda qətl törədilib.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Dünyamalılar kəndində 1980-ci il təvəllüdlü Mustafayev Muxtar Yaqub oğlu həmyerlisi, 1991-ci il təvəllüdlü Bayramov Əli Əlovsət oğlunu güllələyərək öldürüb.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində törədilib. Qətlin konkret səbəbi, hansı şəraitdə törədilməsi hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

1news.az

Paylaş:
729

Son xəbərlər

Bütün xəbərlər