Azərbaycanda terror olacağı ilə bağlı məlumat təsdiqini tapmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda terror olacağı ilə bağlı məlumat təsdiqini tapmayıb

13:05 - 13 / 01 / 2018
Azərbaycanda terror olacağı ilə bağlı məlumat təsdiqini tapmayıb

Azərbaycanda terror olacağı ilə bağlı məlumat təsdiqini tapmayıb.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, yanvarın 12-də saat 12.38-də FHN-nin “112” Xidmətinə zəng edən naməlum şəxs ingilis dilində onlarda bomba olduğunu və terror hadisəsi olacağını bildirib. Məlumat DİN-in “102” Xidmətinə ötürülüb.

Dərhal əlaqədar orqanların əməkdaşları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilib və məlumatın yalan olduğu müəyyən edilib.

Bakı Şəhər Baş Polis İdarəsi, Xətai və Abşeron rayon polis idarələri əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verən paytaxt sakinləri olan 2 nəfər “isti izlər”lə müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

DİN vətəndaşların nəzərinə çatdırır ki, insanlar arasında təşvişə və ajiotaja səbəb olan belə əməllər cinayət məsuliyyəti yaradır və hüquq-mühafizə orqanlarına bilərəkdən yalan məlumatlar verən şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcəkdir.

S.Xankişiyeva

 

Paylaş:
561

Son xəbərlər

İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTOBu gün, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04
Bütün xəbərlər