Tütün əleyhinə qanun layihəsinin həmmüəllifi onun detallarını açıqlayıb – MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Tütün əleyhinə qanun layihəsinin həmmüəllifi onun detallarını açıqlayıb – MÜSAHİBƏ

14:11 - 13 / 01 / 2018
Tütün əleyhinə qanun layihəsinin həmmüəllifi onun detallarını açıqlayıb – MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, keçən ilin dekabrın 29-da Prezident İlham Əliyev ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.

Yola saldığımız ilin son günlərində qəbul olunan qanun cəmiyyətdə çoxdan gözlənilirdi. Buna baxmayaraq, onun qüvvəyə minməsi yeni ilin ən müzakirə olunan mövzularından birinə çevrilib.

1news.az informasiya agentliyi bu qanun layihəsinin müəlliflərindən biri, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahat Mərkəzinin direktoru Ceyhun Məmmədovla müsahibə hazırlayıb.

Həmin müsahibəni təqdim edirik:

- “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul edildi. Necə düşünürsünüz, bu qanunun qəbulu Azərbaycanda siqaretə qarşı mübarizədə hansı rolu oynayacaq?

- Bu tarixi ana biz çoxdan gedirdik. 2005-ci ilin sentyabr ayından etibarən, hörmətli Prezidentimiz öz imzası ilə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının tütünə qarşı mübarizə üzrə Çərçivə Konvensiyasına qoşulmasını təsdiqləyib. Bundan sonrakı fəaliyyətimiz ölkəmiz üçün çox vacib olan bu qərarın məntiqi davamı idi. Bu mənada “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun qəbulu yerli qanunvericiliyin həmin Konvensiyanın müddəalarına uyğunlaşdırılması üzrə Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi deməkdir.

- Bu qanun sağlamlığımızı tütündən nə dərəcədə qoruya biləcək?

- Deyərdim ki, bu, qanununun nə dərəcə icrasından asılıdır. Belə ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun müasir və proqressiv sənəddir. Sənəddə bu sahədə digər ölkələrin də əldə etdikləri öz əksini tapıb. Eləcə də Dünya Sağlamlıq Təşkilatı tərəfindən təsdiqlənib. Beləliklə, indi məsələ bu qanunun davamlı və qətiyyətlə yerinə yetirilməsindədir.

- Bir çoxlarını qanunun ictimai yerlərdə qadağa ilə bağlı vəziyyət narahat edir.

- Sualı sadəcə formada cavablandırım – qanuna əsəsən, siqaret çəkmək təşkilati-hüquqi forması və mülkiyyət növündən asılı olmayaraq bütün təşilatlarda, müəssisə və idarələrdə, eləcə də iş yerlərində qadağan edilib. Təkrar edirəm: hər yerdə! Digər yerlərdə, misal üçün, söhbət restoran, kafe və bardan gedirsə, qanunda  siqaret çəkənlər üçün xüsusi yerlərin təşkili nəzərdə tutulub. Əgər belə yer qapalı məkdandırsa, o zaman bura xüsusi havalandırma ilə təchiz edilərək bütün tələblərə cavab verməlidir.

- Deməli bütün ictimai iaşə obyektlərində bu cür yerlər təşkil olunmalıdır?

- Heç də, belə deyil. Yeni qanun bu imkanları nəzərdən keçirir, məcbur etmir. Bu cür yerlərin təşkili – bahalı və əziyyətlidir. Eləcə də bütün restoran və ofislər kifayət qədər geniş məkan və ya texniki imkanlara sahib deyil. Beləcə, çox hallarda tütündən istifadə edənlər siqareti sona çatdırmaq üçün məkanı tərk etməli olacaq.

- Əgər bu məkan – məktəb və ya xəstəxanadırsa, o zaman necə?

- Yeni qanuna əsasən, siqaret çəkmək bütün təhsil, tərbiyə, sağlamlıq və müalicə-reabilitasiya məkanlarında qadağan edilib. Buna görə də xəstəxananın həyətində siqarter çəkmək mümkün olmayacaq, bunun üçün də xəstəxanın həyətindən kənara çıxmaq lazım olacaq.

- Görünür, yeni qanunun qəbul edilməsilə bir çox siqaret çəkənlər bu pis vərdişi tərgitməli olacaqlar.

- Jorj Simenon belə deyib: “Kişi olduğunu təsdiq etmək üçün siqaret çəkməyə başlayırsan. Otuz ildən sonra elə həmin səbəbdən də siqareti tərgitməyə çalışırsan”. Bəli, bir çoxları bu vərdişdən yaxa qurtarmaq istəyir, lakin təkbaşına bacarmır. Tütündən asılılıq çox yüksəkdir. Əminəm ki, Azərbaycanda bu qanunun qüvvəyə minməsi bir çox siqaret çəkənlərin bu vərdişdən uzaqlaşmasına səbəb olacaq.

- Necə?

- İctimai yerlərdə siqaret qadağası ilə bağlı bir çox söhbətlər var. Lakin qanunun qəbulu bir sıra vacib məqamları da nəzərə alır. Burada əhaliyə tütünün təsirini məhdudlaşdırmaq, eləcə də tütün məmulatlarına tələbatın azalması da öz əksini tapır. Tütündən imtina üçün tibbi və psixoloji dəstək, “Qaynar xətt”lərin təşkili, tütünün insan sağlamlığına vurduğu ziyanla bağlı maarifləndirici işlər, məktəb dərsliklərinə tətbiqi, KİV-lər tərəfindən bu cür sualların işıqlandırılması da daxildir. Sadalananlardan bir çoxunun icrası arzuedilən nəticələr gətirəcək.

- Siz kütləvi informasiya vasitələrini qeyd etdiniz. Qanun biz jurnalistlərdən nə tələb edir?

- Qanun KİV-i əhali arasında tütünün zərəri ilə bağlı təbliğat aparmağa məcbur edir. Yerli televiziya və radio kanallar bu məsələ ilə bağlı ay ərzində 90 dəqiqədən az olmayaraq efir vaxtı ayırmalıdır. Ələxsus da, bunun 45 dəqiqəsi günün ən vacib baxış saatlarında aparılmalıdır. Düşünürəm ki, bunların hamısı birlikdə tütün və tütündən istifadə hallarına qarşı çox güclü antireklam ola bilər.

- Yeri gəlmişkən, yeni qanun tütün məmulatlarının reklamını da qadağan edir.

- Bu, tütün və tütündən istifadə ilə bağlı istər əvvəlki qanunda, istərsə də reklam haqqında qanunda da öz əksini tapmışdı. Tütün məmulatlarının sponsorluq və stimullaşdırılması da qismən qadağan edilmişdi. Lakin indi bu qadağa daha məqsədli xarakter daşıyır. Həmçinin tütün məmulatlarının pulsuz paylanılması və ya hədiyyə və lotereyadan uduş formasında verilməsi də qadağan edilir. Həmçinin tütün məmulatlarının satılması zamanı endirimlər və ya bonuslar da qadağan edilir. Yeni qadağalar yaxın gələcəkdə də pərakəndə satış vitrinlərinə də toxuna bilər.

- Bütün bu məsələləri kim nizamlayacaq, qanunun icrasına kim nəzarət edəcək? Qadağa və təlimatların  çətinlyini nəzərə alaraq bütün bunların həyata keçirilməsi mümkün olacaqmı?

- Qısacası, mümkündür! Prezindentin fərmanına əsasən, Nazirlər Kabinetinə üç ay müddətinə müvafiq təkliflərin hazırlanması tapşırılıb. Qanunun normativ-hüquqi aspektləri də hərtərəfli hazıllanmalıdır, nəzarətlə bağlı konkret icra edən orqanların adları açıqlanmalıdır. Şübhəsiz ki, Nazirlər Kabinetinin təklifləri konstruktiv və tətbiqi xarakter daşıyacaq. Bununla yanaşı, inanıram ki, bu qanunun taleyi bizim hər birimizdən, hər birimizin vətəndaşlıq mövqeyindən asılıdır. Budur tütünə qarşı mübarizədə uzunmüddətli müvəffəqiyyətimizin girovu!

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1163

Son xəbərlər

İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTOBu gün, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04
Bütün xəbərlər