Lənkəran düyüsü “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarılacaq – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəran düyüsü “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarılacaq – FOTO

18:43 - 13 / 01 / 2018
Lənkəran düyüsü “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarılacaq – FOTO

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən son illər ölkəmizin cənub bölgəsində, o cümlədən Lənkəran rayonunda ənənəvi təsərrüfat sahəsi olan çəltikçiliyin inkişafına diqqət daha da artırılıb. Ölkəmizdə aqrar bölmənin inkişafına göstərilən dövlət dəstəyi bu rayonda da uzun müddət tənəzzül dövrünü yaşayan çəltikçiliyin inkişafı üçün geniş imkanlar yaradıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, ötən il dövlətimizin başçısının iştirakı ilə Lənkəranda çəltik emalı zavodu açılıb. Regionda əhəmiyyətli layihələrdən olan bu müəssisə indi tam gücü ilə fəaliyyət göstərərək məhsul istehsalçılarının işini daha da asanlaşdırıb. Lənkəran çəltik emalı zavodu gündəlik 10 ton emal və 20 ton qurutma gücünə malikdir.

Müasir texnologiyalardan, qabaqcıl təcrübədən istifadə etmədən əkinçiliyin bütün sahələrində olduğu kimi, çəltikçilikdə də uğur qazanmaq mümkün deyil. Bu baxımdan müəssisə düyü istehsalı sahəsində ixtisaslaşmış ölkələrin qabaqcıl texnologiya və təcrübələrindən yararlanır.

Girdəni və Siyavar kəndlərində əvvəllər əl əməyindən istifadə edilərək gündə 0,50 hektara yaxın sahədə çəltik əkilirdisə, hazırda yeni texnikalar vasitəsilə gün ərzində 2 hektar sahədə çəltik əkmək mümkündür. Texnika ilə əkilən sahələrdən yüksək məhsul əldə olunur və bu üsul təsərrüfat sahibləri üçün də iqtisadi baxımdan səmərəlidir.

Zavoda düyü təhvil verənlərdən biri də təsərrüfatçı Sərdar Səttarovdur. “Ötən il 2 hektar sahədə ilk dəfə çəltik əkmişdim. Məhsuldarlıq çox yaxşı oldu. Əldə etdiyimiz məhsulu çəltik emalı zavoduna təhvil verdik. Hər kəs bilir ki, yerli “Haşimi” düyüsü özünəməxsus dada və fərdi xüsusiyyətlərə malikdir. Buna görə də yaxşı qiymətə satılır”, - deyə o bildirib.

İstər daxili, istərsə də xarici bazarlarda ekoloji cəhətdən təmiz düyüyə böyük ehtiyac var. Bunu çəltik emalı zavodunun direktoru Emin Cəbizadə də təsdiqləyir: “Lənkəranda istehsal edilən düyüyə böyük tələbat var. Emal etdiyimiz məhsulları “Made in Azerbaijan” brendi ilə xarici bazarlara çıxarmaq üçün danışıqlar aparırıq. Yaxın gələcəkdə Lənkəran düyüsü bir çox xarici ölkə bazarlarına çıxarılacaq.”

Qeyd edək ki, zavodun aylıq emal gücü 300 ton, düyüqurutma gücü isə 900 tondur. Müəssisədə 15 nəfər daimi işlə təmin edilib. Gələcəkdə müəssisənin gücünün iki dəfə artırılması və işçilərin sayının 60 nəfərə çatdırılması nəzərdə tutulub.

Müəssisənin ərazisində, həmçinin hazır məhsul anbarı, satış mərkəzi və əlavə istehsal sahəsinin yaradılması da planlaşdırılıb.

S.Xankişiyeva

Paylaş:
1898

Son xəbərlər

İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTOBu gün, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04
Bütün xəbərlər