Şirvanda fərdi yaşayış evinin çardağı çöküb: xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvanda fərdi yaşayış evinin çardağı çöküb: xəsarət alan var

20:00 - 13 / 01 / 2018
Şirvanda fərdi yaşayış evinin çardağı çöküb: xəsarət alan var

Bu gün Şirvan rayonunda birmərtəbəli fərdi yaşayış evinin çardağı təmir zamanı çöküb.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, bir nəfər dağıntılar altında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Mülki Müdafiə Qoşunlarının müvafiq xilasetmə qüvvələri xəsarət almış vətəndaşı çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

S.Xankişiyeva

 

Paylaş:
847

Son xəbərlər

Bütün xəbərlər