Azərbaycanlı qız dünya modasını fəth edir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı qız dünya modasını fəth edir – FOTO – VİDEO

12:43 - 13 / 01 / 2018
Azərbaycanlı qız dünya modasını fəth edir – FOTO – VİDEO

Səidə Muradova hər gün qlamur aksessuarlar taxmayıb.

O, Azərbaycanın işğal edilmiş rayonlarından birində doğulub, erməni işğalı nəticəsində öz evlərini tərk etməli olan yüz minlərlə azərbaycanlıdan biridir. Yeniyetməlik illərini Azərbaycandakı çadır düşərgələrindən birində ağır şərtlər altında yaşayıb. Sonradan İsveçə, oradan Parisə gedərək incəsənət, moda təhsili alıb. Səidə incəsənət və moda sahəsində təhsil alaraq, ABŞ-ın Nyu-York şəhərində öz işini qurub.

1news.az-ın racked.com-a istinadla verdiyi xəbərə görə, Objec&Dawn aksessuarlar brendinin yaradıcısı, azərbaycanlı Səidə Muradovaya həsr olunan videosujetdə qeyd edilir.

Həmyerlimiz dünya xalqlarının etnik elementlərindən öz aksesuarlarında dizayn olaraq istifadə edir. O, hazırladığı aksessuarlarla artıq dünyada tanınmağa başlayıb.

S.Muradova qədim bəzək əşyalarını yeni texnologiyaların köməyi ilə ərsəyə gətirir.

“Müasir moda artıq bunları hesaba almır. Lakin mən dünyanın bir çox yerlərində istehsalçılarla işləyərək və yeni dizayn texnologiyalarından, lazerlə kəsmə və 3D-printdən istifadə edərək əsrlər boyu istifadə edilmiş metodları yenidən mükəmməl şəkildə həyata keçirə bilirəm”, - o, deyir.

S.Xankişiyeva

Paylaş:
1300

Son xəbərlər

Bütün xəbərlər