Ərdoğan azərbaycanlı rəssamın hədiyyəsini öpərək alnını qoyub – FOTO

Türkiyə Cümhiriyyətinin Prezidenti Rəcəb Tayyip Erdoğan Mərmərə Universitetinin 135 illik yubiley tədbirində iştirak edib.
Universitetin Sənət tarixi bölməsinin doktorantura pilləsində təhsil alan rəssam həmyerlimiz Tünzalə Məmmədzadə özünün ipək üzərində hazırladığı “Quran-i Kərim”i Erdoğana hədiyyə edib. Türkiyə Prezidenti bu hədiyyəni öpərək alnını qoyub:
“Sevimli tələbəmizin 3 illik əməyini hesabına ərsəyə gətirdiyi ipək üzərində “Quran-i Kərim”ə görə təşəkkür edirəm. Bu cür “Quran-i Kərim”i qoymağa yer tapmaq da çətindir. Yaxın gələcəkdə hazır olacaq muzeydə bu cür gözəl əsərlərlə zəngin olacaq”.
Qeyd edək ki, müqəddəs kitabın hazırlanması üçün 33 yaşlı rəssam 50 metr qara ipəkdən, 1500 millilitr qızıl və gümüş suyundan istifadə edib. Əsərin ölçüsü 29x33 sm-dir. Tünzalə Məmmədzadə öz yaradıcılığının zirvəsi saydığı əsərə üç il sərf edib.
Türkiyə mətbuatı ipəkdən Quran hazırlayan azərbaycanlı rəssamdan yazıb – FOTO
Dünyada ilk dəfə azərbaycanlı tərəfindən ipək üzərində hazırlanan “Qurani Kərim” - FOTO - VİDEO
S.Xankişiyeva