Lənkəranda evlərə basqın edərək ev sahiblərini döyüblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda evlərə basqın edərək ev sahiblərini döyüblər

13:12 - 15 / 01 / 2018
Lənkəranda evlərə basqın edərək ev sahiblərini döyüblər

Lənkəran rayonunun Liman şəhərində müəmmalı hadisələr baş verir. 

1news.az-ın Lent.az-a istinadən verdiyi xəbərə görə, ötən gecə şəhər sakini, 16 yaşlı Abdullayev Heybət Rüfət oğlu və 55 yaşlı Həsənov Nəcəfqulu Şükür oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Bildirilir ki, döyülən şəxslər qonşu olub. Onların evləri bir-birindən təxminən 200 metr məsafədə yerləşir. Belə ki, 16 yaşlı oğlan qaranlıqda tanımadığı şəxsin hücumuna məruz qaldığını deyib. Nəvəsi ilə tək yaşayan Nəcəfqulu Həsənov da onu döyən adamı tanımadığını deyib.

Qeyd edək ki, iki gün əvvəl də Liman şəhəri ərazisində 68 yaşlı Humay Qarayeva və onun qızı 45 yaşlı Samirə Miriyeva yaşadıqları evdə vəhşicəsinə döyülüb. Onlar çox ağır xəsarətlər aldığından xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və Samirə Miriyeva aldığı xəsarətlərdən keçinib.

Hazırda hüquq-mühafizə orqanları Liman sakinlərinin kabusuna çevrilən şəxsin yaxalanması istiqamətində tədbirlər həyata keçirilir. Bəzi sakinlər gecə saatlarında küçədə hündür boylu naməlum şəxsin gəzdiyini deyiblər.

1news.az

Paylaş:
454

Son xəbərlər

Bakının üç qəsəbəsində su təchizatında fasilə yaranacaqBu gün, 17:22Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33STM Azərbaycanın hərbi sənaye imkanları keçirdiyi sorğunun nəticələrini açıqladıBu gün, 13:09Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlandıBu gün, 13:02
Bütün xəbərlər