Azərbaycanda özünü asan 24 yaşlı qadın 5 ay əvvəl ailə qurubmuş – TƏFƏRRÜAT

Şəkidə intihar edən 24 yaşlı qadınla bağlı bəzi məlumatlar ortaya çıxıb.
Sonxeber.az-ın kənd sakinlərindən əldə etdiyi məlumata görə, avqust ayında ailə quran Tərgül Manafovanın öz ailəsi və gəlin köçdüyü ailə kənddə sayılıb seçilən insanlardır. Kənddə sakit ailə kimi tanınırlar.
T.Manafovanın özündən kiçik bir bacısı və qardaşı var. Qardaşı 11-ci sinif şagirdidir. Yoldaşı Dilqəm Manafov kənd təsərrüfatı materialları mağazasında işləyirdi. Aralarında hər-hansı problem olmayıb. D. Əhmədov T.Manafovanı özü bəyənərək onunla ailə qurub.
Verilən məlumata görə, T. Manafova köçdüyü ailədə qayınana, qayınata, qayın və eltisi ilə birgə yaşayırdılar.Heç bir psixoloji problemi olmayıb. Onun qayınatası sürücülüklə məşğuldur. Qayınanası isə uşaq bağçasında işləyir.
T.Manafova dünən torpağa tapşırılıb. Yas mərasimi atası evində keçirilir.
Qeyd edək ki, bir neçə gün öncə Şəki rayonunun Baltalı kəndində Tərgül Mürşüd qızı Manafovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.
Faktla bağlı Şəki rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma)maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
1news.az