2018-ci ilin ilk qazancı SOCAR-dan gələcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

2018-ci ilin ilk qazancı SOCAR-dan gələcək

15:43 - 15 / 01 / 2018
2018-ci ilin ilk qazancı SOCAR-dan gələcək

Azərbaycanda ən çox alınıb-satılan qiymətli kağız olan SOCAR İstiqrazlarının sahiblərinə 2018-ci ildə ilk faiz ödənişi həyata keçiriləcək.

1news.az-a «SOCAR Capital» şirkətindən verilən xəbərə görə, yanvarın 17-də SOCAR İstiqrazlarının sahiblərinə hər istiqraza görə 12,5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait ödəniləcək. 

Bu, istiqraz saşiblərinin cari ildə qrafik üzrə ilk qazancı olacaq. 2017-ci ildə isə SOCAR İstiqrazlarının sahibləri bu qiymətli kağızlardan 5 milyon dollar gəlir götürüblər.

«SOCAR Capital»dan bildirilib ki, istiqrazlar üzrə faiz ödənişi üçün tələb olunan vəsait artıq Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürülüb: «Yanvarın 17-də həmin vəsaitlər istiqraz sahiblərinin bank hesablarında olacaq».

SOCAR-ın daxili bazar üçün nəzərdə tutulmuş istiqrazları 2016-cı ilin oktyabr ayında dövriyyəyə buradılıb. Nominal qiyməti 1000 ABŞ dolları olan istiqrazların illik gəlirliliyi 5% və ya hər istiqraza görə ildə 50 dollardır. İstiqrazlar üzrə faizlər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir.

SOCAR İstiqrazlarının digər qiymətli kağızlardan əsas üstünlükləri SOCAR tərəfindən nominal qiymətə alış zəmanəti və yüksək likvidliyidir. Nəticədə, istiqrazların qiyməti heç vaxt 1 000 dollardan aşağı enmir və onları dərhal nağd pula çevirmək mümkündür. Bu, təkcə Azərbaycanda deyil, bütün regionda qiymətli kağızlar üçün tətbiq edilən ən əlverişli şərtlərdir.

Bir qədər əvvəl start verilən REPO əməliyatları isə SOCAR istiqrazı sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq ən aşağı faizlə (illik 3,5%) kredit götürməyə imkan verib.

Bu xüsusiyyətlərinə və yüksək gəlirliyinə görə, SOCAR İstiqrazları hazırda ölkəmizdə ən əlverişli və sərfəli investisiya alətinə çevrilib. Eləcə də, əməliyyatların rahatlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması nəticəsində əhali və hüquqi şəxslər istiqrazlara böyük maraq göstərirlər. Bununla da SOCAR İstiqrazları Azərbaycanın kütləvi olaraq alınıb-satılan ilk qiymətli kağıza çevrilib.

Ölkə vətəndaşları, eləcə də yerli və xarici fiziki, hüquqi şəxslər SOCAR İstiqazlarını təkrar bazardan əldə edə bilərlər. Bunun üçün onlar ASAN Xidmətin 1 və 5 saylı Xidmət Mərkəzlərinə, eləcə də *19 99 qaynar xəttə müraciət etməlidirlər. 

Mövzu ilə əlaqədar oxuyun:       

SOCAR-dan yeni investisiya imkanı

Natiq Əmirov: SOCAR korporativ idarəetmə, maliyyə şəffaflığı və dayanıqlılığı baxımından dünyada nüfuzlu şirkətə çevrilir – FOTO

S.Xankişiyeva

Paylaş:
728

Son xəbərlər

Baş Prokurorluğun geniş kollegiya iclası keçirilibBu gün, 17:41Əhməd Əhmədovun məhkəməsi keçirilib, jurnalistlər iclasa buraxılmayıbBu gün, 17:10Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir - FOTOBu gün, 16:53Deputat: "Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli sosial mediada deyil"Bu gün, 16:49Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib - FOTOBu gün, 16:32Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edirBu gün, 16:14Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənibBu gün, 15:50Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıbBu gün, 15:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:18Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİBBu gün, 15:02Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edirBu gün, 14:49“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı - FOTOBu gün, 14:43Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıbBu gün, 14:32Çərşənbə gününün hava proqnozuBu gün, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıbBu gün, 12:25Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qəzası olubBu gün, 12:14“COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiqləri güclənir”Bu gün, 11:49FHN: Ötən sutka 9 nəfər xilas edilibBu gün, 11:26Bakıda ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən iki nəfər polis tərəfindən saxlanılıbBu gün, 11:02Dünya bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 10:38
Bütün xəbərlər