Bakıda kafe yanıb

Bakıda yerləşən kafelərin birində yanğın olub.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, paytaxtın Nizami rayonunda ümumi sahəsi 120 m2 olan kafenin bir otağının yanar konstruksiyaları və əşyaları 20 m2sahədə yanıb, yüksək temperaturdan ümumi sahəsi 30 m2 olan digər otağın lambirdən ibarət tavanı əriyib.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
1news.az
686