“Sumqayıt” “Qaradağ Lökbatan”a qalib gəldi | 1news.az | Xəbərlər
Futbol

“Sumqayıt” “Qaradağ Lökbatan”a qalib gəldi

22:05 - 15 / 01 / 2018
“Sumqayıt” “Qaradağ Lökbatan”a qalib gəldi

“Sumqayıt” qış toplanışında ilk yoxlama oyununu keçirib.

1news.az xəbər verir ki, Samir Abasovun yetirmələri “Kapital Bank Arena”da I Divizionun lideri “Qaradağ Lökbatan” ilə qarşılaşıb. Görüş “Sumqayıt”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandanın qollarına Azər Salahlı, Amil Yunanov və Camal Camalov imza atıb.

Qeyd edək ki, “Sumqayıt” növbəti yoxlama görüşünü yanvarın 18-də “Səbail” klubuna qarşı keçirəcək.

1news.az

Paylaş:
868

Son xəbərlər

Bütün xəbərlər