2017-ci ildə Bakı Limanı vasitəsi ilə daşınan yüklərin həcmi 4.4 milyon ton təşkil edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

2017-ci ildə Bakı Limanı vasitəsi ilə daşınan yüklərin həcmi 4.4 milyon ton təşkil edib - FOTO

10:48 - 15 / 01 / 2018
2017-ci ildə Bakı Limanı vasitəsi ilə daşınan yüklərin həcmi 4.4 milyon ton təşkil edib  - FOTO

2017-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsi ilə daşınan yüklərin həcmi 4.4 milyon ton təşkil edib.

1news.az-a Limandan verilən xəbərə görə, ümumi yük daşımanın (neft terminalı xaric) həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 31% artıb və yük mübadiləsinin 85.7%-i tranzit yük daşımaların payına düşüb.

2017-ci ildə nəzərəçarpacaq artım dəmiryolu və sərnişin daşınmasında, həmçinin təkərli texnikanın, xüsusən də irihəcmli nəqliyyat vasitələrinin (TIR) aşırılmasında qeydə alınıb. Belə ki, Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanının Bərə terminalında vaqon aşırılması 26,4% artaraq 46 679 ədədə çatıb. Vaqonların 19 493 (41.8%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 6 124 vaqon (13.1%) Bakı-Aktau-Bakı istiqamətində,    21 062 vaqon (45.1%) isə 2017-ci ilin mart ayında istifadəyə verilmiş Kurik Limanı (Bakı-Kurik-Bakı) istiqamətində hərəkət edib. Hər iki istiqamətdə (Türkmənistan və Qazaxıstan) keçən sərnişindaşıma isə 41.4% artaraq 33 129 nəfər təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Bakı Limanının xidmətlərindən istifadə edən nəqliyyat vasitələrinin sayı 21.4% artaraq 28 584 ədəd olub. Bunlardan 18 840 ədədi (65.9%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 9 716 ədədi (34.0%) Bakı-Aktau-Bakı istiqamətində, 28 ədədi (0.1%) isə Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib.

Konteyner aşırılmasına gəldikdə isə 2017-ci ildə bu say 20 futluq konteyner (TEU) ekvivalentində 15 337 ədəd təşkil edib. Bunlardan 8447 TEU (55%) Qazaxıstan limanları, 6890 TEU (45%) isə Türkmənbaşı limanının payına düşüb. Ümumi yükaşırmada 67.8% və ya 10 397 TEU yeni Bakı Limanın Bərə terminalı, 32.2% və ya 4940 TEU isə Bakı şəhərinin mərkəzində yerləşən Əsas yük terminalı vasitəsi ilə daşınıb. 

Əsas yük terminalında aşırılan bütün yüklərin həcmi 2017-ci ildə keçən ilin müvafiq dövrü ilə müqayisədə 44.6% artaraq 607.7 min ton olub. Bu yüklərin böyük hissəsi tranzit konteynerlərin və digər quru yüklərin  payına düşüb.

Qeyd edəki ki, 2018-ci ilin 9 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanının Ro-Ro terminalının açılışı həyata keçirilib. Ən müasir texniki tələblərə uyğun tikilən terminal 2 körpüdən ibarət olmaqla ildə 60 min TIR və ya 1,8 milyon ton yük qəbul etmək imkanına malikdir. Yeni Bakı Limanının inşasının ikinci fazasının bitməsi ilə yükaşırma potensialı 25 milyon ton yük, o cümlədən   500 000 TEU olacaq.

S.Xankişiyeva

Paylaş:
2122

Son xəbərlər

Yardımlıda 23,5 km uzunluğunda avtomobil yollarının əsaslı təmiri yekunlaşırBu gün, 17:04Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilibBu gün, 17:01“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasının böyük finalı baş tutacaq – Aygün Kazımova tarixi açıqladıBu gün, 16:27DYP toy mərasimləri zamanı avtomobillə kobud qayda pozanlara müraciət etdiBu gün, 16:15Qazax dilinə tərcümə edilmiş “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabı Astanada təqdim olunubBu gün, 16:03Ombudsman ABŞ səfirini Ermənistanın ekosid cinayətləri barədə məlumatlandırıbBu gün, 15:56Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşübBu gün, 15:46Suveren Azərbaycanın yeni ParlamentiBu gün, 15:35Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub - FOTOBu gün, 15:18Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33STM Azərbaycanın hərbi sənaye imkanları keçirdiyi sorğunun nəticələrini açıqladıBu gün, 13:09Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlandıBu gün, 13:02IOTA-nın icraçı katibi: “Dövlət Vergi Xidməti Uzun müddətdir ki, IOTA-nın sadiq üzvüdür”Bu gün, 12:39
Bütün xəbərlər