Zaqatalada maşın ağaca çırpılıb, sürücü ağır yaralanıb

Zaqatala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Zaqatala rayonu, Bəhmətli kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Hadisə zamanı sürücü müxtəlif xəsarətlər alıb və avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yaralını nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
1news.az
653